Categories: BugünSİYASET

Ankarada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ankarada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

2024

Ankarada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

 

 

 

 

Ankara şəhərində fəaliyyət göstərən Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir təşkil edilib.

Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyənin dövlət himləri səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş sənədli film nümayiş olunub.

Tədbiri açıq elan edən Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin sədri Arzuman Azaflı qonaqları salamlayaraq xalqımızın dahi oğlu Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatının rəhbərinin müavini Adil Hüseynov və Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) icraçı direktoru Əkrəm Abdullayev çıxış ediblər. Onlar Ulu Öndər Heydər Əliyevin mənalı həyatı və zəngin siyasi fəaliyyəti haqqında geniş danışıblar. Azərbaycan-Türkiyə əlaqələrinə, eləcə də digər türk dövlətləri ilə münasibətlərə toxunan natiqlər Heydər Əliyevin türk xalqları arasında tarixi mənəvi bağların, iqtisadi, siyasi və humanitar əlaqələrin qurulması və genişləndirilməsindəki xidmətlərindən söhbət açıblar. Eyni zamanda Komitənin və ADDF-nin fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına məlumat verilib.

Tədbirdə Kahramanmaraş Sütçü İmam Üniversitetinin professoru, politoloq Toğrul İsmayıl, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının İdarə Heyəti sədrinin müşaviri Pərviz Məmmədzadə çıxış ediblər.

Tədbirin sonunda Adil Hüseynov Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin sədri, vəkil Arzuman Azaflıya “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalını təqdim edib.

Tədbirdə ADDF icraçı direktorunun müavini Şahin Camalov və Komitənin şöbə müdirinin müavini Kənan Məmmədov da iştirak edib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/ankarada-umummilli-lider-heyder-eliyevin-anadan-olmasinin-101-illiyi-qeyd-edilib-4689

 

zline

Recent Posts

Cumhurbaşkanı Ersin Tatar, pazartesi Londra’da Holgiun’le görüşecek

Cumhurbaşkanı Ersin Tatar, pazartesi Londra’da Holgiun’le görüşecek .2024   https://x.com/KKTCCB/status/1807033235953590583 Shares facebook sharing buttontwitter sharing…

6 dakika ago

Глава государства наградил представителей СМИ

События Акорда   https://x.com/aqorda_press/status/1806269443003011368   Глава государства наградил представителей СМИ 2024 года     https://x.com/aqorda_press/status/1806269443003011368…

59 dakika ago

Andrey Isaev: “Birleşik Rusya ile Kariyerim” parti projesi etkinliklerine 2 milyondan fazla kişi katıldı

Andrey Isaev: “Birleşik Rusya ile Kariyerim” parti projesi etkinliklerine 2 milyondan fazla kişi katıldı 2024…

2 saat ago

Birleşik Rusya, Lipetsk bölgesi valisi seçimi için Igor Artamonov’u aday gösterdi

Birleşik Rusya, Lipetsk bölgesi valisi seçimi için Igor Artamonov’u aday gösterdi 2024 Bölgesel parti konferansına…

11 saat ago

Мемлекет басшысы БАҚ өкілдерін марапаттады

Жаңалықтар Ақорда Мемлекет басшысы БАҚ өкілдерін марапаттады 2024 жылғы     https://x.com/aqorda_press/status/1806269443003011368   28 маусым…

12 saat ago

Devlet başkanı medya temsilcilerini ödüllendirdi

Olaylar Akorda Devlet başkanı medya temsilcilerini ödüllendirdi 2024     https://x.com/aqorda_press/status/1806269443003011368     28 Haziran…

14 saat ago