Categories: BugünSİYASET

Azərbaycan icması fəalları Madriddəki anım tədbirində iştirak ediblər

 

 

 

 

Azərbaycan icması fəalları Madriddəki anım tədbirində iştirak ediblər
23 yanvar, 2023

Azərbaycan icması fəalları Madriddəki anım tədbirində iştirak ediblər

İspaniyanın paytaxtı Madriddə 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar anım mərasimi keçirilib.

Ölkəmizin İspaniyadakı səfirliyində təşkil olunan tədbirdə Madrid şəhərində işgüzar səfərdə olan Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, soydaşlarımız və ölkənin yerli media mənsubları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov 1990-cı il yanvarın 19-dan 20-nə keçən müdhiş gecənin Azərbaycan tarixinə Qara Yanvar kimi daxil olub. Həmin gecə sovet ordusunun Azərbaycana qeyri-qanuni hərbi müdaxiləsi nəticəsində 147 mülki günahsız şəxs qətlə yetirilib, 744 nəfər ağır xəsarət aləb.

Nəzərə çatdırıb ki, faciədən bir gün sonra xalqımızın ümummilli lideri Heydər Əliyev bütün təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, həmvətənlərimiz və mətbuat nümayəndələri qarşısında çıxış edib. Dahi şəxsiyyət ağır günlərdə xalqımızla həmrəy olduğunu bəyan edib, bu vəhşiliyi kəskin şəkildə pisləyib, Bakıda törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib. Məhz onun təşəbbüsü ilə Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, 20 Yanvar tarixi Azərbaycanda Ümumxalq Hüzn Günü elan olunub.

“20 Yanvar faciəsi xalqımızın iradəsini sındıra, milli ruhumuzu sarsıda bilməyib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsi, milli iradəmizin zəfər çaldığı gündür”, – deyə diplomat əlavə edib.

Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü naminə canından keçmiş bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və Ümumxalq Hüzn Gününə həsr olunmuş videoçarx göstərilib.

Tədbir çərçivəsində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş fotosərgi təşkil edilib.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/azerbaycan-icmasi-feallari-madriddeki-anim-tedbirinde-istirak-edibler-2209

 

zline

Recent Posts

ABDULLAH YİĞİT `TEN 19 MAYIS MESAJI

1453 Kral Medya Yayın Grubu Yönetim Kurulu Başkanı Kral Gazeteci Abdullah Yiğit, 19 Mayıs Atatürk’ü…

4 saat ago

AV. OSMAN EYYÜPOĞLU `NDAN 19 MAYIS MESAJI

Şanlıurfa’nın Tanınmış Simalarından Olan Şanlıurfa Barosu `na Kayıtlı Avukat Osman Eyyüpoğlu, 19 Mayıs Atatürk’ü Anma,…

5 saat ago

Çin Dışişleri Bakanı Tacikistan’a geldi

Çin Dışişleri Bakanı Tacikistan’a geldi 18.05.2024 Öncesi Sonraki   The Minister of Foreign Affairs of…

6 saat ago

AK PARTİ BİRECİK İLÇE BAŞKANI HALİL YAVUZ `DAN 19 MAYIS MESAJI

AK Parti Birecik İlçe Başkanı Bağımsız Denetçi Mali Müşavir Halil Yavuz, 19 Mayıs Atatürk’ü Anma,…

6 saat ago

The Minister of Foreign Affairs of China arrived in Tajikistan

The Minister of Foreign Affairs of China arrived in Tajikistan 18.05.2024 Previous Next   The…

8 saat ago

Rusiyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Rusiyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib , 2024   Rusiyada…

8 saat ago