Categories: BugünDÜNYA

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Xocalı şəhidlərinin qanı yerdə qalmadı ”, ÖZEL

Azərbaycan Millət vəkili Məşhur Məmmədov,
“Xocalı şəhidlərinin qanı yerdə qalmadı ”, ÖZEL

 

Millet vekili Meşhur Memmedov,

“26 Fevral – Xocalı soyqırımı gününun növbəti ildönümüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarından birində qeyd etdiyi kimi, Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib.
Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir. Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları iştirak etmişlər. Siyasi dialoqun təzahürü olaraq yürüşdə dövlət rəsmiləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların nümayəndələri də iştirak etmişdir.
Fəxrlə qeyd edim ki, Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Xocalını işğaldan azad etsək də faciənin dünyaya yayılması üçün işlər davam edir. Justice for Khojaly informasiya portalı Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan təbliğat platformasıdır. “Xocalıya ədalət” kampaniyasının strateji məqsədləri Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi, Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi, Müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması, Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasıdır.
Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb.
Xocalı faciəsindən danışarkən, “Xocalıya Ədalət” kampaniyasını xüsusi qeyd etmək lazımdır. “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.
Faciə qurbanlarını ehtiramla yad edirik.”

 

Ülker PİRİYEVA/AZERBAYCAN

zline

Recent Posts

Vladimir Yakushev: Birleşik Rusya, temel sağlık modernizasyon programının uygulanması üzerinde daha fazla kontrol sağlayacak

Vladimir Yakushev: Birleşik Rusya, temel sağlık modernizasyon programının uygulanması üzerinde daha fazla kontrol sağlayacak.

44 dakika ago

Владимир Якушев: «Единая Россия» обеспечит дальнейший контроль за реализацией программы модернизации первичного звена здравоохранения

Владимир Якушев: «Единая Россия» обеспечит дальнейший контроль за реализацией программы модернизации первичного звена здравоохранения.

2 saat ago

Cumhurbaşkanı Ersin Tatar, Kırgızistan’da Türk Devletleri Teşkilatı Devlet Başkanları Konseyi 11. Zirvesi’ne katılacak

Cumhurbaşkanı Ersin Tatar, Kırgızistan'da Türk Devletleri Teşkilatı Devlet Başkanları Konseyi 11. Zirvesi'ne katılacak.

11 saat ago

Владимир Якушев отметил опыт Новгородской «Единой России» по работе с партактивом и поддержке молодых политиков

Владимир Якушев отметил опыт Новгородской «Единой России» по работе с партактивом и поддержке молодых политиков.

12 saat ago

Olga Zanko: Ülkenin 2025 bütçe taslağı, STK’ları desteklemek için 419 milyar ruble ayırmayı planlıyor

Olga Zanko: Ülkenin 2025 bütçe taslağı, STK'ları desteklemek için 419 milyar ruble ayırmayı planlıyor.

14 saat ago

Ольга Занко: В проекте бюджета страны на 2025 год на поддержку НКО планируется направить 419 миллиардов рублей

Ольга Занко: В проекте бюджета страны на 2025 год на поддержку НКО планируется направить 419…

15 saat ago