Categories: BugünDÜNYA

“Azərbaycanın Dostları” Birliyinin “Ritm” rəqs qrupu ilə birgə yeni layihəsi təqdim edilib

 

 

 

“Azərbaycanın Dostları” Birliyinin “Ritm” rəqs qrupu ilə birgə yeni layihəsi təqdim edilib
5 yanvar, 2023
“Azərbaycanın Dostları” Birliyinin “Ritm” rəqs qrupu ilə birgə yeni layihəsi təqdim edilib
İsveçrənin Bazel şəhərində fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyinin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Ritm” rəqs qrupu ilə birgə yeni layihəsi təqdim edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azərbaycanın Dostları” Birliyinin təşkilatçılığı ilə hazırlanan videoçarx “Ritm” rəqs qrupunun Avropaya turu çərçivəsində ərsəyə gəlib.

Bazel məbədi (Basel Minster) önündə çəkilişləri aparılan videoçarxda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Fantaziya 1” (Qaytağı) əsəri əsasında quruluş verilmiş rəqs təqdim olunub. Əsəri tanınmış kamança ustası İmamyar Həsənov və onun musiqi qrupu ifa edib.

Rəqsin quruluşçusu “Ritm” rəqs qrupunun üzvü, xoreoqraf Seymur Nəbi-zadə, geyim üzrə rəssamı Leyla Əliyevadır. Rəqsi Dərya Maslakova, Nurlana İbrahimova, Cəmilə Məlikova, Tunar Əzizli, Seymur Nəbi-zadə, Firuz Əlövsədov ifa ediblər.

Qeyd edək ki, “Ritm”rəqs qrupu 2011-ci ildə fəaliyyətə başlayıb. Bakı Dövlət Universitetinin rəqs kollektivinin 4 üzvü ilə yaradılan bu qrupun əsas məqsədi milli rəqslərimizi ölkəmizdə və xaricdə peşəkarcasına təbliğ etməkdir. Bu günə qədər “Ritm” rəqs qrupu Gürcüstan, Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Şimali Kipr Türk Respublikası, Çin, Belarus, Monteneqro, İsveçrə, Almaniya kimi xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/azerbaycanin-dostlari-birliyinin-ritm-reqs-qrupu-ile-birge-yeni-layihesi-teqdim-edilib-2156

 

 

zline

Recent Posts

Millət vəkili Məşhur Məmmədov, “Azərbaycan-Bolqarıstan arasında səmərəli siyasi dialoq əməkdaşlığı möhkəmləndirir”, ÖZEL

Millət vəkili Məşhur Məmmədov, “Azərbaycan-Bolqarıstan arasında səmərəli siyasi dialoq əməkdaşlığı möhkəmləndirir”, ÖZEL   Millet vekili…

27 dakika ago

Almaniyanın Şimali Reyn Vestfaliya regionunun VIII Sudo çempionatı başa çatıb

Almaniyanın Şimali Reyn Vestfaliya regionunun VIII Sudo çempionatı başa çatıb 2024   Almaniyanın Şimali Reyn…

2 saat ago

Cumhurbaşkanı Ersin Tatar, TMT Mücahidi Şenay Kuyucuoğulları’nın cenaze törenine katıldı

Cumhurbaşkanı Ersin Tatar, TMT Mücahidi Şenay Kuyucuoğulları’nın cenaze törenine katıldı .2024     Cumhurbaşkanı @ErsinrTatar,…

3 saat ago

Meeting of the Minister of Foreign Affairs of Tajikistan with the Ambassador of Japan

Meeting of the Minister of Foreign Affairs of Tajikistan with the Ambassador of Japan .2024…jpg…

5 saat ago

Tacikistan Dışişleri Bakanı’nın Japonya Büyükelçisi ile görüşmesi

Tacikistan Dışişleri Bakanı’nın Japonya Büyükelçisi ile görüşmesi .2024…jpg   Meeting of the Minister of Foreign…

6 saat ago

Helsinkidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Helsinkidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib , 2024 Helsinkidə Ümummilli…

8 saat ago