Categories: BugünGÜNDEM

Azərbaycanlı rəssamın əsərləri Parisdə beynəlxalq incəsənət sərgisində nümayiş olunur

 

 

Azərbaycanlı rəssamın əsərləri Parisdə beynəlxalq incəsənət sərgisində nümayiş olunur

, 2024

 

 

 

Azərbaycanlı rəssamın əsərləri Parisdə beynəlxalq incəsənət sərgisində nümayiş olunur

 

 

 

Fransanın paytaxtı Parisdə “Grand Palais Ephemere”də (Böyük Saray) “ART EN CAPITAL 2024” beynəlxalq müasir incəsənət sərgisi açılıb.

 

 

 

Sərgidə atası, tanınmış Azərbaycan rəssamı Vidadi Nərimanbəyovun sənət yolunu davam etdirən Nigar Nərimanbəyovanın əsərləri nümayiş olunur. Artıq üç ildir bu sərgidə iştirak edən N.Nərimanbəyova bu il digər əsərləri ilə bərabər, nəvəsinə həsr etdiyi “Tariel – balaca Harri Potter” adlı yeni rəsm əsərini də sərgiləyib.

 

 

 

Qeyd edək ki, N.Nərimanbəyova 2016-cı ildə Fransa Milli Mədəniyyət Federasiyası Müstəqil Fransa Rəssamlarının məşhur “Payız Salonu”nun “TOILE D’OR” ali mükafatına layiq görülüb. “ART EN CAPITAL”ın əsas və yeganə mükafatı olan “TOILE D’OR” 1973-cü ildə Fransa Milli Mədəniyyət Federasiyası tərəfindən təsis edilib. Bununla da Nigar Nərimanbəyova “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı” statusunu qazanıb. Rəssamın bu nailiyyəti müasir Azərbaycanın təsviri sənətinə böyük töhfədir.

 

 

 

 

“ART EN CAPITAL 2024” beynəlxalq müasir incəsənət sərgisində nümayiş olunan əsərlər Fransa Rəssamlıq Akademiyasının üzvlərindən ibarət böyük münsiflər heyəti tərəfindən seçilib. Bu, ən nüfuzlu peşəkar incəsənət sərgisidir. Sərgi fevralın 18-dək davam edəcək.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycanli-ressamin-eserleri-parisde-beynelxalq-incesenet-sergisinde-numayis-olunur-4222

 

 

 

zline

Recent Posts

Meeting of the Minister of Foreign Affairs of Tajikistan with the Ambassador of Japan

Meeting of the Minister of Foreign Affairs of Tajikistan with the Ambassador of Japan .2024…jpg…

18 dakika ago

Tacikistan Dışişleri Bakanı’nın Japonya Büyükelçisi ile görüşmesi

Tacikistan Dışişleri Bakanı’nın Japonya Büyükelçisi ile görüşmesi .2024…jpg   Meeting of the Minister of Foreign…

2 saat ago

Helsinkidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Helsinkidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib , 2024 Helsinkidə Ümummilli…

4 saat ago

Cumhurbaşkanı Ersin Tatar, Larnaka’da 1964 yılında öldürülen 11 şehit anısına yapılan Kayıp Otobüs Anıtının açılışına katıldı

Cumhurbaşkanı Ersin Tatar, Larnaka’da 1964 yılında öldürülen 11 şehit anısına yapılan Kayıp Otobüs Anıtının açılışına…

5 saat ago

Meeting with the Ambassador of the Republic of Estonia

Meeting with the Ambassador of the Republic of Estonia .2024..jpg     Meeting with the…

6 saat ago

Estonya Cumhuriyeti Büyükelçisi ile görüşme

Estonya Cumhuriyeti Büyükelçisi ile görüşme   .2024..jpg   Meeting with the Ambassador of the Republic…

7 saat ago