Categories: BugünDÜNYA

Bakıda yeni “Yashar” klinikasının açılışı olub – FOTOLAR

Ülker Piriyeva – AZERBAYCAN

Bakıda peşəkar həkimlərin fəaliyyət göstərdiyi və ən müasir avadanlıqlarla təchiz edilmiş “Yashar” özəl klinikasının açılışı olub. Açılış tanınmış səhiyyə adamları ilə yanaşı media və ictimaiyyət nümayəndələrinin də iştirakı ilə baş tutub.

1453 Kral Medya xəbər agentliyinin Azərbaycan təmsilçisi Ülkər Piriyeva xəbər verir ki, öncə Nevroloq Dr. Yaşar, Damar cərrahı Dr. Səid xəstəxananın rəmzi açılışını bildirən lenti kəsiblər.

Açılışı edən Nevroloq Dr. Yaşar çıxış edərək qonaqları salamlayıb və bildirib ki, kollektivin ən böyük məqsədi sağlam gələcəyə ən yaxşı şəkildə və yüksək səviyyədə xidmət göstərməkdir. Bunun üçün də biz, klinikamızda Azərbaycanın seçilmiş həkimləri ilə fəaliyyət göstərəcəyik.

Çıxış edənlər qeyd ediblər ki, biz əminik ki, bu klinikada çalışan həkimlər və tibbi heyət vətəndaşlarımız üçün yüksək səviyyədə tibbi xidmət göstərəcəklər. Çünki hər bir insanın sağlamlığı cəmiyyət və dövlətin üzərinə düşən zəruri funksiyalardan biridir. Məhz, bu cəhətdən belə klinikaların artması da ölkəmizdə olan ümumi inkişafın göstəricilərindəndir.

Daha sonra Neyrocərrah, Tibb Elmləri Doktoru Professor Etibarlı Sabir, Tibb Elmləri Namizədi, Travmatoloq Dr. Nizami, Lənkəran Perinatal mərkəzin direktoru Dr. Məsləhət, USM-Radioloq Dr. Rafiq Xəlilov, Dr. Rəşad, Revmatoloq Dr. Vüsalə Atakişiyeva, Qastroentreoloq Dr. Ləman və ölkənin müxtəlif xəstəxanalarında çalışan tanınmış həkimlər “Yaşar” klinikasında yaradılan
şəraitlə tanış olublar.

Yaşar klinikasının direktoru Damar cərrahı Dr. Səid məlumat verib ki, “Bugündən etibarən, Laboratoriya, USM, Nevroloqiya, Terapiya, Kardioloqiya, Dermatologiya, Endokrinoloqiya və başqa şöbələrimizlə xidmətinizdəyik.” O həmçinin qeyd edib ki, müxtəlif şöbələrin fəaliyyət göstərdiyi klinikada xaricdə istehsal olunan ən müasir tibbi avadanlıqlar quraşdırılıb.

Sonra qonaqlar klinikanın kollektivi ilə görüşüb.

Açılış mərasimi Yeni Qəbələ restoranında davam etdirilib.

Qeyd edək ki, paytaxt Bakıda yeni fəaliyyətə başlayan “Yashar” klinikasının ünvanı – Bakı şəhəri, Yasamal rayonu, 7ci Salaxanı küçəsi 7.

zline

Recent Posts

“Birleşik Rusya” Petropavlovsk-Kamchatsky’nin okul çocukları için sinemaya bir gezi düzenledi

“Birleşik Rusya” Petropavlovsk-Kamchatsky’nin okul çocukları için sinemaya bir gezi düzenledi 2024 Beş okuldan 150’den fazla…

15 dakika ago

Suudi Arabistan’ın Medine Valisi ile Görüşme

Suudi Arabistan’ın Medine Valisi ile Görüşme ,2024,.jpeg   Meeting with the Governor of Madinah Province…

2 saat ago

“Birleşik Rusya” “Lugansk – Moskova: yüksek öğrenim için ortak bir kurs” projesini başlattı

“Birleşik Rusya” “Lugansk – Moskova: yüksek öğrenim için ortak bir kurs” projesini başlattı   2024,…

2 saat ago

Cumhurbaşkanı tarafından belirlenen ülkenin ulusal kalkınma hedefleri hakkında. Makaleyi yazan: Andrey Isaev

Cumhurbaşkanı tarafından belirlenen ülkenin ulusal kalkınma hedefleri hakkında. Makaleyi yazan: Andrey Isaev 2024 Devlet Duması’ndaki…

11 saat ago

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Şuşa bizim əyilməz qürurumuzun rəmzidir” – Tarixi gün, ÖZEL

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Şuşa bizim əyilməz qürurumuzun rəmzidir” – Tarixi gün, ÖZEL  …

13 saat ago

“Youth for the Sake of the Green World” 5th summer Camp of Diaspora Youth

“Youth for the Sake of the Green World” 5th summer Camp of Diaspora Youth 2024…

15 saat ago