Categories: BugünKÜLTÜR SANAT

Beynəlxalq veloyürüşün iştirakçıları Bakıda şəhid uşaqlarına velosiped hədiyyə edib

Beynəlxalq veloyürüşün iştirakçıları Bakıda şəhid uşaqlarına velosiped hədiyyə edib

2024

 

https://x.com/DiasporaAz/status/1807643636571525461

Beynəlxalq veloyürüşün iştirakçıları Bakıda şəhid uşaqlarına velosiped hədiyyə edib

 

https://x.com/DiasporaAz/status/1807643636571525461

Müxtəlif ölkələrarası məsafələri əhatə etməklə velosiped yürüşləri təşkil edən “Ride 25″ şirkətinin builki 11-ci yürüşü 2024-cü ilin iyun ayında Azərbaycan və Gürcüstan ərazilərindən keçərək başa çatıb.

Ümumi məsafəsi 563 km təşkil edən veloyürüş Tbilisi – Telavi – Qax – Qəbələ – Bakı marşrutu ilə iştirakçılara Azərbaycanın qədim yaşayış məskənlərini və tarixi yerlərini kəşf etmək, ölkəmizin zəngin mədəni irsi ilə yaxından tanış olmaq imkanı yaradıb.

 

https://x.com/DiasporaAz/status/1807643636571525461

Bakıda yekunlaşmış veloyürüşdən sonra yarış təşkilatçıları bir qrup şəhid övladı ilə görüşərək onlara 15 ədəd velosiped hədiyyə edib.

Dənizkənarı Milli Parkda hədiyyələrin təqdimatında iştirak edən uşaqlar yüksək əhval-ruhiyyədə yeni velosipedlərini bulvarda sınaqdan keçiriblər.

Tədbirin təşkilatçıları Diasporla İş üzrə Dövlət Komitəsi və “Ride 25” şirkətinin nümayəndələri, eləcə də Yaşat Fondu, Azərbaycan Velosiped Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri uşaqlar və valideynlərlə ünsiyyət qurub, yay tətili dövründə uşaqlara xoş və aktiv istirahət arzu ediblər.

https://x.com/DiasporaAz/status/1807643636571525461

 

 

Hədiyyələri uşaqlara təqdim edən velosiped yürüşünün iştirakçıları, “Ride 25” şirkətinin rəhbəri Rob Hamilton və tədbirin təşkilatçılarından olan, İngiltərədə yaşayan soydaşımız Kamran Əzizi Azərbaycanın ecazkar gözəlliyinin və xalqımızın qonaqpərvərliyinin şahidi olduğunu söyləyib, eləcə də yürüşün Azərbaycandan keçməsinə yaratdığı şərait üçün Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Sonda, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən velosiped yürüşünün iştirakçılarına Azərbaycan mədəniyyətinə, tarixinə aid kitablar hədiyyə edilib.

“Ride 25” şirkəti dünyada tanınmış velosiped yürüşləri təşkilatçısıdır. Təşkilatın məqsədi müxtəlif ölkələr arasında velosiped yürüşləri təşkil etməklə, insanları idmana və səyahətə təşviq etmək, eləcə də müxtəlif xeyriyyə layihələrinə dəstək olmaqdır.

FOTO QALEREYA

 

https://x.com/DiasporaAz/status/1807643636571525461

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/beynelxalq-veloyurusun-istirakcilari-bakida-sehid-usaqlarina-velosiped-hediyye-edib-4907

 

 

https://x.com/DiasporaAz/status/1807643636571525461

zline

Recent Posts

Çalışan emekliler için emekli aylıklarının endekslenmesi hakkında. Makaleyi yazan: Andrey Isaev

Çalışan emekliler için emekli aylıklarının endekslenmesi hakkında. Makaleyi yazan: Andrey Isaev 2024, Devlet Duması’ndaki Birleşik…

7 saat ago

«Единая Россия» организовала медосмотры почти 800 детей в Херсонской области

«Единая Россия» организовала медосмотры почти 800 детей в Херсонской области 2024, Приглашённые из других регионов…

8 saat ago

Birleşik Rusya, Kherson bölgesinde yaklaşık 800 çocuk için tıbbi muayene düzenledi

Birleşik Rusya, Kherson bölgesinde yaklaşık 800 çocuk için tıbbi muayene düzenledi 2024, Diğer bölgelerden davet…

9 saat ago

Rustavidə Azərbaycan, gürcü və ingilis dili üzrə kursların sertifikatlarının təqdimolunma mərasimi keçirilib

Rustavidə Azərbaycan, gürcü və ingilis dili üzrə kursların sertifikatlarının təqdimolunma mərasimi keçirilib 2024 Rustavidə Azərbaycan,…

11 saat ago

Sergei Pakhomov: Birleşik Rusya, bireysel konut binalarının inşası sırasında vatandaşların fonlarını koruyacak

Sergei Pakhomov: Birleşik Rusya, bireysel konut binalarının inşası sırasında vatandaşların fonlarını koruyacak 2024, Bu alanda…

12 saat ago

Gürcüstanda azərbaycanlı alimin kitabının təqdimatı keçirilib

Gürcüstanda azərbaycanlı alimin kitabının təqdimatı keçirilib 2024 Gürcüstanda azərbaycanlı alimin kitabının təqdimatı keçirilib    …

14 saat ago