Categories: BugünKÜLTÜR SANAT

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın müstəqilliyinin 32-ci ildönümü qeyd edilib

 

 

 

 

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın müstəqilliyinin 32-ci ildönümü qeyd edilib

2023

 

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın müstəqilliyinin 32-ci ildönümü qeyd edilib

 

 

Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində qardaş və dost ölkənin müstəqilliyinin 32-ci ildönümü münasibəti ilə mərasim keçirilib.

 

 

 

 

Mərkəzin “Azərbaycan-Özbəkistan Dostluq Muzeyi”ndə baş tutan tədbirdə ölkənin elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, ali məktəblərin müəllimləri, jurnalistlər və Azərbaycan icmasının fəalları iştirak ediblər.

Tədbir Azərbaycan və Özbəkistana prezidentlərinin qarşılıqlı səfərləri haqqında videoçarxın nümayişi ilə başlayıb.

 

 

 

 

Qonaqları salamlayan mərkəz direktoru Samir Abbasov müstəqillik illərində Azərbaycan və Özbəkistanda həyata keçirilən dərin islahatlar, xalqlarımız arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrinin tarixi, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində Füzuli şəhərində Özbəkistan dövlətinin vəsaiti hesabına tikilən və ölkəmizə hədiyyə edilən məktəbin acılısı barədə ətraflı məlumat verib. Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin üç dəfə Özbəkistanda səfərdə olduğunu xatırladaraq, bu səfərlərin ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın yüksək səviyyəyə qalxmasında böyük rol oynadığını bildirib.

 

 

 

 

Tədbirdə çıxış edən alimlər Nigina Şermuxammedova, Rano Kadirova, şairə Nərgiza Əsədova, azərbaycanlı şair Əli Nəsirli və başqaları xalqlarımız arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrinin tarixi köklərindən, müstəqillik illərində Azərbaycanla Özbəkistan arasında bütün sahələri əhatə edən münasibətlərin daha da inkişaf etdiyindən danışıblar. Yüksək səviyyədə olan bu münasibətlərin qorunub saxlanılmasının vacibliyini vurğulayıblar.

Tədbirin bədii hissəsində mərkəzin nəzdindəki Kövkəb Əliyeva adına “Azərbaycan” rəqs ansamblının üzvləri milli rəqslərimizi təqdim ediblər.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/daskenddeki-heyder-eliyev-adina-azerbaycan-medeniyyet-merkezinde-ozbekistanin-musteqilliyinin-32-ci-ildonumu-qeyd-edilib-3426

 

 

 

zline

Recent Posts

“Birleşik Rusya”, “Kadın Siyaset Okulu”nun yeni sezonunu başlattı

“Birleşik Rusya”, “Kadın Siyaset Okulu”nun yeni sezonunu başlattı 2024 Çevrimiçi eğitim oturumunun ilk aşamasına binden…

1 saat ago

Heydər Əliyev adına Dünya Boks Komitəsi Xarici Cəmiyyət və Təşkilatlar Birliyinə üzv seçilib

Heydər Əliyev adına Dünya Boks Komitəsi Xarici Cəmiyyət və Təşkilatlar Birliyinə üzv seçilib 2024 Heydər…

2 saat ago

Ilya Massukh: Birleşik Rusya diğer partileri ön oylamayı kullanmaya motive ediyor

Ilya Massukh: Birleşik Rusya diğer partileri ön oylamayı kullanmaya motive ediyor 2024 Seçmenlerle doğrudan iletişim…

4 saat ago

“Birleşik Rusya” halk programına göre bu yıl İvanovo bölgesindeki 15 sağlık kurumunda büyük onarımlar başlayacak

“Birleşik Rusya” halk programına göre bu yıl İvanovo bölgesindeki 15 sağlık kurumunda büyük onarımlar başlayacak…

5 saat ago

Dijital Kalkınma Bakanlığı ve BT uzmanları: Birleşik Rusya’nın ön oylamaya yönelik dijital teknolojileri test edildi ve prosedüre hazır

Dijital Kalkınma Bakanlığı ve BT uzmanları: Birleşik Rusya’nın ön oylamaya yönelik dijital teknolojileri test edildi…

7 saat ago

Girnədə Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı olub

Girnədə Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı olub 2024   Girnədə Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı…

8 saat ago