Categories: BugünGÜNDEM

Dövlət Komitəsində xalq rəssamı Əşrəf Heybətovun “Bizim Şuşa” albomu təqdim edilib

Dövlət Komitəsində xalq rəssamı Əşrəf Heybətovun “Bizim Şuşa” albomu təqdim edilib
20 iyun, 2023

 

 

 

 

Dövlət Komitəsində xalq rəssamı Əşrəf Heybətovun “Bizim Şuşa” albomu təqdim edilib

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsində Almaniyanın Koblents şəhərində yaşayan Azərbaycanın xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Milli Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq “Sülh səfiri” Əşrəf Heybətovun “Bizim Şuşa” adlı albomunun təqdimat mərasimi keçirilib.

 

 

 

 

“Bizim Şuşa” albomu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunub.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə yerli ictimaiyyətin tanınmış simaları, Komitənin əməkdaşları və diasporumuzun Bakıda səfərdə olan fəalları iştirak ediblər.

Ardınca Əşrəf Heybətovun yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

 

 

 

 

Tədbir iştirakçılarını salamlayan Komitə sədrinin birinci müavini Valeh Hacıyev xalq rəssamının həyat və fəaliyyətindən danışıb. Onun Almaniyadakı diaspor quruculuğunda fəal iştirakından, Komitə ilə əməkdaşlığından və həyata keçirilən birgə layihələrdən söz açıb.

 

 

 

Tədbirdə kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akdemiyasının professoru Fuad Məmmədov, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva, AMEA Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, dosent Tofiq Nəcəfli, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azərbaycanın əməkdar artisti, bəstəkar-müğənni Elza Seyidcahan və başqaları çıxış ediblər.

 

 

 

 

 

Qonaqlar Azərbaycan ziyalılarının dəyərli təmsilçilərindən biri olan rəssamı “Bizim Şuşa” albomunun nəşr olunması münasibətilə təbrik ediblər. Qeyd edilib ki, tarixi vətənindən kənarda yaşamasına baxmayaraq, dünya şöhrətli rəssamın ürəyi hər zaman Azərbaycanla döyünür, ölkəmizin həqiqətlərini, zəngin mədəniyyətini fırçası vasitəsilə təbliğ edir. Onun yaradıcılığını, xalqımıza, vətənimizə, işğaldan azad edilmiş Qarabağa, Şuşaya vurğunluğunu, vətənpərvərliyini və şəxsi insani keyfiyyətlərini yüksək qiymətləndirən natiqlər bütün bu amillərin “Bizim Şuşa” albomunda da əks edildiyini vurğulayıblar.

 

 

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Qarabağı işğaldan azad etməsinin bütün xalqımızı, o cümlədən yaradıcı insanları ürəkdən sevindirdiyi yada salınıb. Hazırda Qarabağda və mədəniyyət paytaxtımız Şuşada irimiqyaslı bərpa-quruculuq işlərinin aparılmasının, “Böyük Qayıdış” proqramının icrasına başlanılması qürurunun yaşandığı və bu məqamların böyük əsərlərlə ifadə olunacağına əminlik bildirilib. “Bizim Şuşa” albomu buna bariz nümunə kimi göstərilib.

 

 

 

 

Əşrəf Heybətov təqdimat mərasiminin təşkilinə və xoş sözlərə görə Komitəyə və tədbir iştirakçılarına minnətdarlığını ifadə edib. “Bizim Şuşa” albomunun yaranması ideyası və albom üzərində işi barədə ətraflı məlumat verib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/dovlet-komitesinde-xalq-ressami-esref-heybetovun-bizim-susa-albomu-teqdim-edilib-3128

zline

Recent Posts

Kuveyt Dışişleri Bakan Yardımcısı ile görüşme

Kuveyt Dışişleri Bakan Yardımcısı ile görüşme .2024..jpg   Meeting with Deputy Foreign Minister of Kuwaithttps://t.co/zcd9hbBpcN…

1 saat ago

ABDULLAH YİĞİT `TEN 19 MAYIS MESAJI

1453 Kral Medya Yayın Grubu Yönetim Kurulu Başkanı Kral Gazeteci Abdullah Yiğit, 19 Mayıs Atatürk’ü…

8 saat ago

AV. OSMAN EYYÜPOĞLU `NDAN 19 MAYIS MESAJI

Şanlıurfa’nın Tanınmış Simalarından Olan Şanlıurfa Barosu `na Kayıtlı Avukat Osman Eyyüpoğlu, 19 Mayıs Atatürk’ü Anma,…

9 saat ago

Çin Dışişleri Bakanı Tacikistan’a geldi

Çin Dışişleri Bakanı Tacikistan’a geldi 18.05.2024 Öncesi Sonraki   The Minister of Foreign Affairs of…

10 saat ago

AK PARTİ BİRECİK İLÇE BAŞKANI HALİL YAVUZ `DAN 19 MAYIS MESAJI

AK Parti Birecik İlçe Başkanı Bağımsız Denetçi Mali Müşavir Halil Yavuz, 19 Mayıs Atatürk’ü Anma,…

10 saat ago