Categories: BugünKÜLTÜR SANAT

Düşənbədə 5-ci Məşvərət görüşündə iştirak edən dövlət başçıları “EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olublar

 

 

 

 

 

Düşənbədə 5-ci Məşvərət görüşündə iştirak edən dövlət başçıları “EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olublar

2023,

 

 

 

 

Düşənbədə 5-ci Məşvərət görüşündə iştirak edən dövlət başçıları “EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olublar

 

 

 

 

Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən digər prezidentlər Düşənbədəki “EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olublar.

 

 

 

 

Tacikistan hökumətinin dəstəyi ilə təşkil olunan sərgidə aparıcı şirkətlər öz məhsullarını təqdim edirlər.

Sərgidən məqsəd istehsalat müəssisələrinin məhsullarının təqdimatı və Mərkəzi Asiya ölkələri arasında ticarət əməkdaşlığının möhkəmləndirilməsidir.

 

 

 

 

Mərkəzi Asiya ölkələrinin salonlarında geniş çeşiddə yüngül sənaye və baramaçılıq məhsulları, hidroenergetika və innovasiya avadanlıqları, məişət texnikası, həmçinin ət və süd məhsulları, meyvə quruları, konservlər, sərinləşdirici içkilər və digər məhsullar təqdim olunur.

Açıq meydanda Mərkəzi Asiya ölkələrinin minik, sərnişin və yük avtomobilləri, hərbi-müdafiə nəqliyyat vasitələri, eləcə də kənd təsərrüfatı texnikası sərgilənir.

Sərgidə, həmçinin Aralı Xilasetmə Beynəlxalq Fondunun və Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətinin nəticələri və nailiyyətləri təqdim olunur.

Ekspozisiyada qədim zamanlarda İpək yolu vasitəsilə ticarət və müxtəlif dövrlərdə tacik sənətkarların fəaliyyəti barədə də ətraflı məlumat verilir.

 

 

 

 

Ayrıca sahədə Tacikistanın hidroenergetika resursları təqdim edilir.

Sonra dövlət başçıları Özbəkistan, Qazaxıstan və Türkmənistanın sənaye məhsulları sərgisində olublar.

Qeyd edilib ki, belə böyük regional sərginin təşkili ticarət əməkldaşlığının genişləndirilməsinə, ölkələrdə istehsalat sahələrinin və müəssisələrinin fəaliyyətinin inkişafına, sənaye məhsullarının çeşidinin və həcminin artırılmasına kömək edir.

Böyük ölçüdə şəkillər
BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR

kaynak:https://president.az/az/articles/view/61062

 

 

 

zline

Recent Posts

Avstraliya azərbaycanlıları Türkiyə-Yaponiya dostluğuna həsr olunmuş konsertdə iştirak edib

Avstraliya azərbaycanlıları Türkiyə-Yaponiya dostluğuna həsr olunmuş konsertdə iştirak edib 2024 Avstraliya azərbaycanlıları Türkiyə-Yaponiya dostluğuna həsr…

2 dakika ago

“Birleşik Rusya”, Irkutsk bölgesinin Bratsk bölgesindeki yangın mağdurları için yardım toplamaya başladı

“Birleşik Rusya”, Irkutsk bölgesinin Bratsk bölgesindeki yangın mağdurları için yardım toplamaya başladı 2024, Bratsk ve…

1 saat ago

Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə 2023-cü ildə Misirdə keçirilmiş müsabiqələrin təşkilatçı və qalibləri ilə görüş olub

Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə 2023-cü ildə Misirdə keçirilmiş müsabiqələrin təşkilatçı və qalibləri…

3 saat ago

Murmansk’ta Birleşik Rusya aktivistleri bir çocuk hastanesinin onkoloji bölümündeki hastaları ziyaret etti

Murmansk’ta Birleşik Rusya aktivistleri bir çocuk hastanesinin onkoloji bölümündeki hastaları ziyaret etti 2024, Toplantı “Güçlü…

4 saat ago

Almaniyada Ulu Öndər Heydər Əliyevin 101-ci doğum günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar idman yarışları keçirilib

Almaniyada Ulu Öndər Heydər Əliyevin 101-ci doğum günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə…

5 saat ago

Birleşik Rusya, Tataristan’dan Rubezhnoye’ye (LPR) 18 ton insani yardım kargosu teslim etti

Birleşik Rusya, Tataristan’dan Rubezhnoye’ye (LPR) 18 ton insani yardım kargosu teslim etti 2024, İçinde temel…

6 saat ago