Categories: BugünKÜLTÜR SANAT

Fransa paytaxtında “Qarabağ incilərinin Avropa sədası” adlı geyim kolleksiyası təqdim edilib

 

 

 

Fransa paytaxtında “Qarabağ incilərinin Avropa sədası” adlı geyim kolleksiyası təqdim edilib

Fransa paytaxtında “Qarabağ incilərinin Avropa sədası” adlı geyim kolleksiyası təqdim edilib

Paris şəhərində “Qarabağ incilərinin Avropa sədası” adlı geyim kolleksiyasının sərgisi keçirilib.

 

“Şuşa İli” çərçivəsində gerçəkləşdirilən tədbir Fransada Azərbaycanın Dostları Assosiasiyasının və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Bakı Tekstil Fabriki və K.Fabuel Moda Evinin dəstəyi ilə baş tutub.

 

Tədbirdə Parisdəki diplomatik korpusun, yerli ictimaiyyətin və medianın nümayəndələri və digər şəxslər iştirak ediblər.

 

Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri və müvəqqəti işlər vəkili Nigar Huseynova bu ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Şuşa İli” elan olunduğunu xatırladaraq, tədbirin hər bir azərbaycanlı üçün çox vacib olan mövzuya həsr olunduğunu bildirib. Şuşa şəhərinin tarixi, bu torpaqda doğulan dahi tarixi şəxsiyyətlər haqqında qonaqlara məlumat verən diplomat Qarabağın 28 il ərzində qanunsuz işğal altında olduğunu, azad edildikdən sonra Azərbaycan dövlətinin bu bölgədə, habelə Şuşada geniş yenidənqurma işlərinə başladığını və şəhərin tarixinin özünə qaytarılması üçün önəmli tədbirlər həyata keçirildiyini nəzərə çatdırıb.

 

Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Parlamentinin sabiq üzvü Jerom Lamber Qarabağ bölgəsinin Azərbaycan xalqı üçün dəyərli olduğuna diqqəti cəlb edib. Bölgədə ədalət və beynəlxalq hüquq əsasında qurulan daimi sülhün bərqərar olmasının bu günün ən vacib və təxirəsalınmaz məsələsinə çevrildiyini xüsusi vurğulayıb, Azərbaycanın həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılması üçün ADA-nın səylərini davam etdirəcəyini söyləyib.

 

Tədbirdə çıxış edən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva Qarabağ kolleksiyası haqqında məlumat verib. Kolleksiyaya aid 15 geyimin hər birinin Qarabağın bir guşəsinin – Şuşa, Xankəndi, Kəlbəcər, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl, Laçın, Füzuli, Xocavənd, Zəngilan, Qubadlının özəl geyim elementlərini özündə əks etdirdiyini qeyd edib.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/fransa-paytaxtinda-qarabag-incilerinin-avropa-sedasi-adli-geyim-kolleksiyasi-teqdim-edilib-1871

 

 

zline

Recent Posts

TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA: KUZEY KIBRIS TÜRK CUMHURİYETİ’NİN KURULUŞ YIL DÖNÜMÜ KUTLU OLSUN

TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA: KUZEY KIBRIS TÜRK CUMHURİYETİ’NİN KURULUŞ YIL…

17 dakika ago

US-SEN Başkanı Bekir Ayaz, MHP Genel Sekreter Yardımcısı Osman Ağaoğlu’nu Ziyaret Etti

US-SEN Başkanı Bekir Ayaz, MHP Genel Sekreter Yardımcısı Osman Ağaoğlu’nu Ziyaret Etti.

2 saat ago

İlham Aliyev, BM Genel Kurulu 79. Oturum Başkanı ile görüştü

İlham Aliyev, BM Genel Kurulu 79. Oturum Başkanı ile görüştü.

3 saat ago

İlham Əliyev BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşüb

İlham Əliyev BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşüb.

4 saat ago

Birleşik Rusya, Parti Destekçileri Merkez Konseyi’nin yapısını güncelledi

Birleşik Rusya, Parti Destekçileri Merkez Konseyi'nin yapısını güncelledi.

6 saat ago

İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb

İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb.

8 saat ago