Categories: BugünKÜLTÜR SANAT

Gənc soydaşlarımız cüdo üzrə Kvebek Beynəlxalq Açıq Çempionatında nailiyyətlər qazanıblar

 

 

 

Gənc soydaşlarımız cüdo üzrə Kvebek Beynəlxalq Açıq Çempionatında nailiyyətlər qazanıblar

, 2023

 

 

 

Gənc soydaşlarımız cüdo üzrə Kvebek Beynəlxalq Açıq Çempionatında nailiyyətlər qazanıblar

 

 

 

Kanadanın Alberta əyalətində yaşayan gənc soydaşımız Emiliya Əliyeva Monreal şəhərində keçirilən cüdo üzrə 46-cı Kvebek Beynəlxalq Açıq Çempionatında uğurlu nəticə göstərib.

 

 

 

“Hiro’s Judo Club”un təmsilçisi olan 70 kq çəki dərəcəsində mübarizə aparan soydaşımız çempionatın ilk günü U-18 yaş divizionunda tatami üzərinə çıxıb. 3 rəqibi üzərində üstünlük əldə edən cüdoçu yalnız finalda məğlub olaraq ikinci yeri tutub.

 

 

 

Ertəsi günü öz yaşına uyğun olaraq U-16 yaş divizionunda tatami üzərinə çıxan Emiliya Əliyeva bütün rəqibləri üzərində qələbə çalaraq çempion titulunu qazanıb.

 

 

 

Bundan başqa, Ontario yığma komandasını U-16 yaş divizionunda 66 kq çəki dərəcəsində təmsil edən gənc soydaşımız Yasur Əlizadə yarışda 3-cü yeri tutub. Beləliklə, iki soydaşımız öz komandalarına qızıl, gümüş və bürünc medallar qazandırıb.

 

 

 

Qeyd edək ki, Emiliya Əliyeva 21-22 oktyabr 2023-cü il tarixində Toronto şəhərində keçirilən “Hatashita 2023 Ontario Open Judo Championships” yarışında U-16 yaş divizionunda parlaq qələbə qazanıb. 6 yaşından cüdo ilə məşğul olan və 70 kq çəki dərəcəsində Kanadanın 8 ən yaxşı cüdoçu qızlarından biri hesab olunan Emiliyanın məşqçisi atası Vəsfi Əliyevdir.

Diasporla İş üzrə Dövlət Komitəsi gənclərimizi bu parlaq nəticələr münasibətilə təbrik edir, idmançı karyeralarında davamlı uğurlar əldə etməyi arzulayır.

 

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/genc-soydaslarimiz-cudo-uzre-kvebek-beynelxalq-aciq-cempionatinda-nailiyyetler-qazaniblar-3813

 

 

 

zline

Recent Posts

ABDULLAH YİĞİT `TEN 19 MAYIS MESAJI

1453 Kral Medya Yayın Grubu Yönetim Kurulu Başkanı Kral Gazeteci Abdullah Yiğit, 19 Mayıs Atatürk’ü…

5 saat ago

AV. OSMAN EYYÜPOĞLU `NDAN 19 MAYIS MESAJI

Şanlıurfa’nın Tanınmış Simalarından Olan Şanlıurfa Barosu `na Kayıtlı Avukat Osman Eyyüpoğlu, 19 Mayıs Atatürk’ü Anma,…

6 saat ago

Çin Dışişleri Bakanı Tacikistan’a geldi

Çin Dışişleri Bakanı Tacikistan’a geldi 18.05.2024 Öncesi Sonraki   The Minister of Foreign Affairs of…

7 saat ago

AK PARTİ BİRECİK İLÇE BAŞKANI HALİL YAVUZ `DAN 19 MAYIS MESAJI

AK Parti Birecik İlçe Başkanı Bağımsız Denetçi Mali Müşavir Halil Yavuz, 19 Mayıs Atatürk’ü Anma,…

7 saat ago

The Minister of Foreign Affairs of China arrived in Tajikistan

The Minister of Foreign Affairs of China arrived in Tajikistan 18.05.2024 Previous Next   The…

9 saat ago

Rusiyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Rusiyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib , 2024   Rusiyada…

10 saat ago