İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın görüşü olub

İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın görüşü olub İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın görüşü olub Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.
İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın görüşü olub
Yayın: 29 Mayıs 2022 Bugün, SİYASET Google News

İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın görüşü olub

İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın görüşü olub
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı 28 May – Müstəqillik Günündə Azərbaycan və Türkiyə dövlət başçılarının bir yerdə olması qardaşlığımızın rəmzi kimi qiymətləndirildi.

Dövlət başçıları Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalının önəmini qeyd etdilər və bu tədbiri yüksək səviyyədə olan əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdilər.

Görüşdə əməkdaşlığımızın bundan sonra da genişlənəcəyi qeyd olundu, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan ilə nahar yeməyi oldu.

Böyük ölçüdə şəkillər

BÜTÜN YAZILAR

XƏBƏRLƏR

SƏNƏDLƏR

VİDEOLAR

ŞƏKİLLƏR

kaynak:https://president.az/az/articles/view/56248

Son Güncelleme: 29 Mayıs 2022