İtaliyada yaşayan azərbaycanlı bəstəkarın “Üzeyir Hacıbəyli Şuşaya qayıdır” əsəri Bakıda səsləndirilib
, 2023
İtaliyada yaşayan azərbaycanlı bəstəkarın “Üzeyir Hacıbəyli Şuşaya qayıdır” əsəri Bakıda səsləndirilib
İtaliyada yaşayan azərbaycanlı bəstəkar Kəmalə Əlizadənin mədəniyyət paytaxtımız Şuşaya həsr olunmuş “Üzeyir Hacıbəyli Şuşaya qayıdır” əsəri Bakıda təqdim edilib.
Bəstəkar bildirib ki, kompozisiyanı Şuşa azad ediləndən dərhal sonra simli kvartet və fortepiano üçün yazıb. Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğma yurda qayıdışını rəmzləşdirən əsər dahi bəstəkarın “Arşın mal alan” operettası və “Sənsiz” romansı mövzularına əsaslanıb. “Şuşanın işğaldan sonra bəstəkara necə göründüyünü göstərmək istədim. Bu, dağılmış, bizim üçün darıxan Şuşadır”, – deyə bəstəkar vurğulayıb.
Üzeyir Hacıbəyli adına XV Beynəlxalq musiqi festivalında səsləndirilmiş əsər Kəmalə Əlizadə (fortepiano), Ceyla Seyidova (1-ci skripka), Soltan Məmmədov (2-ci skripka), Vaxtanq İmanov (alt) və Aleksey Miltıxın (violençel) ifasında təqdim olunub.
Qeyd edək ki, Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar Arif Məlikovun sinfini bitirmiş K.Əlizadə təhsilini İtaliyada (İstituto Superiore di Studi Musicali) davam etdirib. Bəstəkar həyat yoldaşı, italiyalı bəstəkar, musiqişünas Stefano Muskaritolo ilə birlikdə xaricdə Azərbaycanla bağlı layihələr həyata keçirir.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/italiyada-yasayan-azerbaycanli-bestekarin-uzeyir-hacibeyli-susaya-qayidir-eseri-bakida-seslendirilib-3667