Categories: BugünDÜNYA

Kanadanın Kalqari şəhərində Azərbaycan Bayrağı ucaldılıb

 

 

Kanadanın Kalqari şəhərində Azərbaycan Bayrağı ucaldılıb
, 2023
Kanadanın Kalqari şəhərində Azərbaycan Bayrağı ucaldılıb
Kanadanın Kalqari şəhər meriyasının önündə 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə Azərbaycan Bayrağının təmtəraqlı qaldırılma mərasimi keçirilib.

 

 

 

“Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti”nin (ALACS) və “Azeri Calgary Stars”ın birgə təşkilatçılığı ilə baş tutan mərasimdə soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

 

 

Azərbaycanın Dövlət Himninin sədaları altında ücrəngli bayrağımızın səmaya ucaldılmasından sonra cəmiyyətin nəzdindəki “Azeri Calgary Stars” və “Spirit of Land of Fire” rəqs qruplarının ifasında rəngarəng konsert proqramı nümayiş etdirilib.

Azərbaycan icmasının fəalları mərasimi və konserti maraqla izləyən yerli sakinlərə 105 il öncə türk və müsəlman aləmində ilk dəfə olaraq Azərbaycanda demokratik və dünyəvi respublikanın elan olunduğu barədə məlumat veriblər. Zəngin siyasi və mədəni irsə malik olan Azərbaycan xalqının bu mühüm tarixi hadisə ilə bağlı qürur duyduğunu nəzərə çatdırıblar.

Tədbir Azərbaycan Bayrağının fonunda xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/kanadanin-kalqari-seherinde-azerbaycan-bayragi-ucaldilib-3043

 

 

zline

Recent Posts

Глава государства провел встречу с Президентом России

События Акорда Глава государства провел встречу с Президентом России 2024 года     🇰🇿🇷🇺 Мемлекет…

2 saat ago

Devlet başkanı Rusya Devlet Başkanı ile görüştü

Olaylar Akorda Devlet başkanı Rusya Devlet Başkanı ile görüştü 2024     🇰🇿🇷🇺 Мемлекет басшысы…

3 saat ago

Мемлекет басшысы Ресей Президентімен кездесті

Жаңалықтар Ақорда Мемлекет басшысы Ресей Президентімен кездесті 2024 жылғы   🇰🇿🇷🇺 Мемлекет басшысы Ресей Президентімен…

5 saat ago

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub , 2024     Avstriyada Millətlər Festivalında Azərbaycan…

6 saat ago

Meeting of the CICA Senior Officials Committee

Meeting of the CICA Senior Officials Committee .2024 https://x.com/MOFA_Tajikistan/status/1807319646720151592       Previous Next  …

8 saat ago

Nyu Yorkda İpək Yolu Festivalı keçirilib

Nyu Yorkda İpək Yolu Festivalı keçirilib , 2024 Nyu Yorkda İpək Yolu Festivalı keçirilib  …

9 saat ago