Komitə əməkdaşları Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılarla görüşüb
, 2024
Komitə əməkdaşları Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılarla görüşüb
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Qazaxıstana səfər çərçivəsində Almatının İliyskiy qəsəbəsinin Kokkaynar kəndində Qərbi azərbaycanlılarla görüşüblər. Söhbət zamanı kənd sakinləri 1936-1937-ci illərdə Amasya rayonundan Qazaxıstana sürgün edilən nəsillərin davamçıları olduqlarını qeyd ediblər.
Uzun illərdir Qazaxıstanda məskunlaşan həmvətənlərimiz qazax xalqı ilə dost, səmimi qardaşlıq münasibətində yaşadıqlarını, iki ölkə arasında münasibətlərin inkişafına töhfə verməyə daim hazır olduqlarını deyiblər. Yerli cəmiyyətə yaxşı inteqrasiya olunduqlarını vurğulayan soydaşlarımız hazırda övladlarının Qazaxıstanın ali məktəblərində təhsil aldığını, dövlət müəssisələrində çalışdıqlarını diqqətə çatdırıblar.
Qərbi Azərbaycandan olan soydaşlarımız bir gün tarixi vətənlərini görmək arzusunu dilə gətirib, yaşadıqları bölgədə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə daim sadiq qaldıqlarını, tarixi günlərimizi, bayramlarımızı qeyd etdiklərini, bu dəyərləri gələcək nəsillərə ötürmək üçün maarifləndirici tədbirlər həyata keçirdiklərini bildiriblər.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/komite-emekdaslari-qazaxistanda-yasayan-qerbi-azerbaycanlilarla-gorusub-4564