Categories: BugünGÜNDEM

Könüllülər diaspor nümayəndələri ilə görüşüb

Könüllülər diaspor nümayəndələri ilə görüşüb

, 2024

Könüllülər diaspor nümayəndələri ilə görüşüb

 

 

 

 

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində “Azərbaycan Diaspor Könüllüləri” Proqramı çərçivəsində diaspor nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, “Beynəlxalq Azərbaycan Xanımları Klubunun” (İnternational Azerbaijani Ladies Club) təsisçisi və rəhbəri Kəmalə Cəlilova, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva, Polşa Respublikasında fəaliyyət göstərən “Xarı Bülbül” Dünya Azərbaycanlılarının Mədəniyyət Assosiasiyasının sədri, Polşa Azərbaycanlıları Koordinasiya Şurasının Krakov üzrə əlaqələndiricisi Sedat Şamilli və Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru, Çex-Azərbaycan Birliyinin üzvü Fərid Əmirəliyev iştirak edib. Onlar yaşadıqları ölkələr və öz fəaliyyətləri barədə ətraflı məlumat verib, zəngin təcrübələrini bölüşüblər. İnteraktiv şəkildə keçən görüşdə xaricdə təhsil, qrant proqramları, diaspor quruculuğu, karyera planlaması, təşkilatlanma, həmin ölkələrin nüfuzlu ali məktəbləri barədə ətraflı fikir mübadiləsi aparılıb, slaydlar nümayiş olub.

Diaspor nümayəndələri dövlətimizin ərazi bütövlüyünün bərpasında istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda yaşayan gənclərin rolundan bəhs edib, gənclərdə vətənpərvərlik ruhunun formalaşdırılması üçün görülən işləri müsbət qiymətləndiriblər. Diaspor könüllülərinin müxtəlif mövzularda ünvanlandırdığı suallar qonaqlar tərəfindən cavablandırılıb.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/konulluler-diaspor-numayendeleri-ile-gorusub-4708

 

zline

Recent Posts

Bakıda “Pakistan-Azərbaycan Dostluq Kuboku” uğrunda idman yarışları keçirilib

Bakıda “Pakistan-Azərbaycan Dostluq Kuboku” uğrunda idman yarışları keçirilib , 2024 Bakıda “Pakistan-Azərbaycan Dostluq Kuboku” uğrunda…

25 dakika ago

«Единая Россия» выдвинула Игоря Бабушкина кандидатом на выборы главы Астраханской области

«Единая Россия» выдвинула Игоря Бабушкина кандидатом на выборы главы Астраханской области 2024, Кандидатуру действующего главы…

3 saat ago

Derbent’te Birleşik Rusya, 345. Dağıstan Tüfek Tümeni’nin başarısı hakkında “ateşli bir resim” yarattı

Derbent’te Birleşik Rusya, 345. Dağıstan Tüfek Tümeni’nin başarısı hakkında “ateşli bir resim” yarattı 2024 Tüm…

5 saat ago

Amsterdamda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş poçt markaları çap edilib

Amsterdamda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş poçt markaları çap edilib , 2024…

5 saat ago

Birleşik Rusya aktivistleri, MGER ve Zafer Gönüllüleri Anadyr’deki Chukotka Cephesi anıtına taze çiçekler bıraktı

Birleşik Rusya aktivistleri, MGER ve Zafer Gönüllüleri Anadyr’deki Chukotka Cephesi anıtına taze çiçekler bıraktı 2024…

6 saat ago

Millət vəkili Məşhur Məmmədov, “Azərbaycanın hədəfi bərpaolunan enerji sektoru ilə təchizatı şaxələndirməkdir”, ÖZEL

Millət vəkili Məşhur Məmmədov, “Azərbaycanın hədəfi bərpaolunan enerji sektoru ilə təchizatı şaxələndirməkdir”, ÖZEL Millet vekili…

15 saat ago