Categories: BugünGÜNDEM

Londonda Azərbaycanın musiqi irsini təcəssüm etdirən konsert təqdim edilib

 

 

 

Londonda Azərbaycanın musiqi irsini təcəssüm etdirən konsert təqdim edilib

2024

 

 

 

Londonda Azərbaycanın musiqi irsini təcəssüm etdirən konsert təqdim edilib

 

 

 

Londonun məşhur “St. John’s Smith Square” konsert zalında “İpək Yolu Serenadası – Azərbaycan Musiqi İrsi” adlı konsert keçirilib.

 

 

 

Britaniya Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə diplomatik korpusun, yerli ictimaiyyətin, ölkəmizə dost icmaların nümayəndələri və soydaşlarımızdan ibarət 500-ə yaxın tamaşaçı iştirak edib.

 

 

 

 

Konsertdə dünya şöhrətli cazmen, Azərbaycanın əməkdar artisti Elçin Şirinov, beynəlxalq müsabiqələr laureatı Vüsalə Babayeva, bəstəkar və musiqiçi Arzu Abbasovanın ifasında görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev,Vaqif Mustafazadə, Faiq Sücəddinov, eləcə də Sevda Məmmədli, Arzu Abbasovanın əsərlərindən və xalq musiqilərindən ibarət konsert proqramı təqdim edilib.

 

 

 

Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov, Britaniya Azərbaycan Cəmiyyətinin rəhbəri Fəridə Pənahova və britaniyalı jurnalist-politoloq Neil Vatson qonaqlara Azərbaycan mədəni irsinin bəşəriyyətə verdiyi töhfələr, Azərbaycan musiqi sənətinin inciləri barədə məlumat verib, həmçinin ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi nailiyyətləri diqqətə çatdırıblar.

 

 

 

2024-cü ilin xalqımızın həyatında yeni mərhələnin başlanğıcı və önəmli illərdən biri kimi tarixə düşəcəyini qeyd edən natiqlər 30 illik həsrətdən sonra ilk dəfə ölkəmizin bütün ərazisində Prezident seçkilərinin keçirilməsini mühüm tarixi hadisə adlandırıblar.

 

 

 

 

Britaniya Azərbaycan Cəmiyyəti adından xalqımıza qürur hissi yaşadan şəhidlərimizə, qəhrəman ordumuza və Ali Baş Komandana dərin minnətdarlıq ifadə edilib, qarşıdan gələn növbədənkənar Prezident seçkilərində səsvermə hüququ olan hər bir Azərbaycan vətəndaşına ölkəmizin müstəqilliyini, dayanıqlı inkişafını təmin edən liderə səs vermək çağırışı səsləndirilib.

Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/londonda-azerbaycanin-musiqi-irsini-tecessum-etdiren-konsert-teqdim-edilib-4144

 

 

 

 

zline

Recent Posts

Suudi Arabistan’ın Medine Valisi ile Görüşme

Suudi Arabistan’ın Medine Valisi ile Görüşme ,2024,.jpeg   Meeting with the Governor of Madinah Province…

1 saat ago

“Birleşik Rusya” “Lugansk – Moskova: yüksek öğrenim için ortak bir kurs” projesini başlattı

“Birleşik Rusya” “Lugansk – Moskova: yüksek öğrenim için ortak bir kurs” projesini başlattı   2024,…

2 saat ago

Cumhurbaşkanı tarafından belirlenen ülkenin ulusal kalkınma hedefleri hakkında. Makaleyi yazan: Andrey Isaev

Cumhurbaşkanı tarafından belirlenen ülkenin ulusal kalkınma hedefleri hakkında. Makaleyi yazan: Andrey Isaev 2024 Devlet Duması’ndaki…

11 saat ago

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Şuşa bizim əyilməz qürurumuzun rəmzidir” – Tarixi gün, ÖZEL

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Şuşa bizim əyilməz qürurumuzun rəmzidir” – Tarixi gün, ÖZEL  …

13 saat ago

“Youth for the Sake of the Green World” 5th summer Camp of Diaspora Youth

“Youth for the Sake of the Green World” 5th summer Camp of Diaspora Youth 2024…

14 saat ago

“Birleşik Rusya” ve “Zafer Gönüllüleri” 21 binden fazla ön cephe askerini, ablukadan sağ kurtulanları ve iç cephe çalışanlarını tebrik etti

“Birleşik Rusya” ve “Zafer Gönüllüleri” 21 binden fazla ön cephe askerini, ablukadan sağ kurtulanları ve…

16 saat ago