Marneulidə yaşayan gənc soydaşlarımız üçün xüsusi kompüter otağı açılıb
, 2023
Marneulidə yaşayan gənc soydaşlarımız üçün xüsusi kompüter otağı açılıb
Marneulidə fəaliyyət göstərən Azərbaycan evində Robotik kompüter otağının açılışı olub. Otaq TİKA-nın dəstəyi ilə yeni və yüksək texnoloji avadanlıqla təchiz olunub.
Açılış mərasimində Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Türkiyə Respublikasının Gürcüstandakı səfiri Ali Kaan Orbay, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) vitse-prezidenti Ümit Naci Yorulmaz, Marneuli bələdiyyəsinin sədri Kənan Ömərov, TİKA-nın Gürcüstan nümayəndəliyinin rəhbəri Tuba Özütok və digər rəsmi qonaqlar iştirak ediblər.
Açılış mərasimində Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçən igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra qonaqlara dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan evləri barədə ətraflı məlumat verilib, Azərbaycan dövlətinin həmin evləri lazımi vəsaitlə və texniki avadanlıqlarla təmin etdiyi diqqətə çatdırılıb.
Çıxışlarda Marneulidə yaşayan azərbaycanlı gənclər üçün müasir kompüterlərlə təchiz olunmuş belə bir otağın yaradılmasında yaxından iştirak edən TİKA rəhbərliyinə minnnətdarlıq ifadə olunub. Qeyd edilib ki, bu cür layihələr təhsil və elm sahəsində inkişafa nail olmaq, həmin bölgədə yaşayan azərbaycanlıların bilik və bacarıqlarının daha da artırılmasına kömək etmək məqsədi daşıyır.
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Murad Muradov bildirib ki, yeni yaradılan Robotik kompüter otağı gənclərin təhsilinə böyük töhfə verəcək və 50-dən artıq azərbaycanlı gənc informasiya-kommunikasiya texnologiyaları sahəsində yeni biliklər qazanacaq.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/marneulide-yasayan-genc-soydaslarimiz-ucun-xususi-komputer-otagi-acilib-3547