Categories: DÜNYA

Millət vəkili Məşhur Məmmədov, “Regional sabitliyin və təhlükəsizliyin təminatçısı ”, ÖZEL

Millət vəkili Məşhur Məmmədov,
“Regional sabitliyin və təhlükəsizliyin təminatçısı
”, ÖZEL

Millet vekili Meşhur Memmedov,

Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası bir çox ciddi mesajlar və əhəmiyyətli qərarlarla yadda qaldı.

MDB 1991-ci ildən bəri postsovet ölkələrinin siyasi-iqtisadi və təhlükəsizlik sahələrində birgə əməkdaşlıq platforması olaraq fəaliyyət göstərir. MDB üzv dövlətlərin birgə strategiyalarını inkişaf etdirmək, regional problemlərə birgə yanaşmaq və bir-birilərinə dəstək olmaq məqsədini güdür. Təşkilat, həmçinin, iqtisadi inteqrasiya, ticarət mübadiləsi və mədəni əlaqələrin inkişafı baxımından mühüm rol oynayır.

MDB regional sabitliyin və təhlükəsizliyin təmin olunmasında əsas faktor kimi çıxış edir. Postsovet məkanında baş verən münaqişələr, sərhəd problemləri və ekstremizm təhlükələri MDB ölkələrinin birgə mübarizə aparmasını tələb edir. Bu kontekstdə MDB-nin regional məsələlərə birgə yanaşma strategiyaları, üzv dövlətlərin münaqişələrin qarşısını almaq və sabitliyi qorumaq üçün daha sıx əməkdaşlıq etməsinə imkan yaradır.

8 oktyabr 2024-cü il tarixində Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının iclası bu baxımdan mühüm əhəmiyyət kəsb edir. İclasda iştirak edən dövlət başçıları regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi ilə bağlı əhəmiyyətli müzakirələr apardılar. Bu görüş MDB-nin regional məsələlərdəki rolunun və təsirinin artırılması üçün bir platforma yaratdı.

Diqqəti iclasın yekun qərarları və MDB ölkələrinin əməkdaşlıq istiqamətindəki planlarına yönəltmək istəyirəm.
MDB Dövlət Başçıları Şurasının iclasında həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahələrində bir sıra mühüm qərarların qəbul edilməsi müsbət haldır. Əsas diqqət çəkən məqamlardan biri, MDB dövlətləri arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsi və gücləndirilməsi oldu. İclasda regional və qlobal problemlərlə bağlı birgə həll yollarının tapılması məqsədilə əməkdaşlığın intensivləşdirilməsi qərara alındı.

MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Bu qərar həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılandı.

Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Artıq Laçında yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər dogma yurda qayıdır. Rayonda əmək yarmarkaları keçirilir, bu da doğma yurd-yuvalarına qayıdan sakinlərin işsizliyinin aradan qaldırılmasına öz töhfəsini verəcək.

Azərbaycan üçün verilən əhəmiyyətli qərarlardan biri də növbəti il Azərbaycanda III MDB Oyunlarının keçiriləcəyi xəbəri oldu. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Bu qərar onu göstərir ki, Bakı ilə yanaşı, artıq regionlarımız da beynəlxalq tədbirlərə ev sahibliyi etmək əzmindədir.
Prezident İlham Əliyev sözügedən iclasda qeyd edib ki, bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə – COP29 iqlim konfransına ev sahibliyi edəcək. Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmət əlaməti kimi qiymətləndiririk.

Dövlət başçısı çıxışı zamanı istər Azərbaycanın uğurlarına sevinən, istərsə də ölkəmizin suverenliyini təmin etməsindən narahat olan dövlətlərə mesaj verdi. Əminliklə demək olar ki, gələcəkdə MDB-nin rolunun daha da artacağı gözlənilir. Bu təşkilat regional inteqrasiya və iqtisadi əməkdaşlıq üçün mühüm platformaya çevrilmək potensialına malikdir. Qlobal geosiyasi mühitin dəyişməsi və MDB üzv ölkələrinin birgə maraqları onları daha sıx əməkdaşlığa təşviq edir.
Təşkilatın gələcək inkişafında əsas diqqət çəkən istiqamətlərdən biri Avrasiya bölgəsində enerji təhlükəsizliyinin təmin olunmasıdır. MDB ölkələri arasında enerji resurslarının paylanması və tranziti üzrə razılaşmaların daha da genişləndirilməsi gözlənilir. Eyni zamanda, regional münaqişələrin həlli, sosial və iqtisadi sabitliyin qorunması kimi mövzularda MDB çərçivəsində daha güclü dialoqların aparılması proqnozlaşdırılır.

MDB-nin güclənməsi, həmçinin, təşkilatın üzv ölkələrinin beynəlxalq arenada daha vahid mövqe tutmasına da kömək edə bilər. Bu, gələcəkdə MDB-ni qlobal siyasətdə daha təsirli bir aktor kimi formalaşdıra bilər.
Moskvada keçirilən bu iclas MDB-nin yaxın gələcəkdə həm siyasi, həm də iqtisadi sferalarda daha fəal rol oynayacağını göstərdi. Regional sabitlik və inkişaf naminə təşkilatın üzv ölkələri arasında əməkdaşlıq daha da genişlənəcək.

Ülker PİRİYEVA/AZERBAYCAN

Recent Posts

Cumhurbaşkanı Ersin Tatar, Solo Türk’ün gösterilerini izledi

Cumhurbaşkanı Ersin Tatar, Solo Türk’ün gösterilerini izledi.

3 saat ago

Litvada Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd edilib

Litvada Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd edilib.

5 saat ago

Cumhurbaşkanı Tatar, Kuzey Kıbrıs Türk Cumhuriyeti’nin 41’inci kuruluş yıl dönümü nedeniyle Dr. Fazıl Küçük Bulvarı’nda düzenlenen resmigeçit töreninde konuştu

Cumhurbaşkanı Tatar, Kuzey Kıbrıs Türk Cumhuriyeti’nin 41’inci kuruluş yıl dönümü nedeniyle Dr. Fazıl Küçük Bulvarı’nda…

6 saat ago

Cumhurbaşkanı Ersin Tatar, CHP Genel Başkanı Özgür Özel ve beraberindeki heyeti kabul etti

Cumhurbaşkanı Ersin Tatar, CHP Genel Başkanı Özgür Özel ve beraberindeki heyeti kabul etti.

6 saat ago

Meeting of the Deputy Minister of Foreign Affairs with the Ambassador of the Republic of Korea

Meeting of the Deputy Minister of Foreign Affairs with the Ambassador of the Republic of…

9 saat ago

Cumhurbaşkanı Ersin Tatar, Kuzey Kıbrıs Türk Cumhuriyeti’nin kuruluş yıldönümü nedeniyle Girne Kapısı’ndaki Atatürk Anıtı önünde düzenlenen törene katıldı

Cumhurbaşkanı Ersin Tatar, Kuzey Kıbrıs Türk Cumhuriyeti’nin kuruluş yıldönümü nedeniyle Girne Kapısı’ndaki Atatürk Anıtı önünde…

10 saat ago