Minnesota ştatında “Heydər Əliyev İli” çərçivəsində sərgi təşkil edilib
2023
Minnesota ştatında “Heydər Əliyev İli” çərçivəsində sərgi təşkil edilib
ABŞ-ın Börnsvill (Burnsville) şəhərindəki “Ames Center Gallery” mərkəzində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Minnesota-Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə baş tutan sərginin açılış mərasimində Türk-Amerika Cəmiyyətinin Minnesotadakı rəhbəri Serpil Misirli, amerikalı yazıçı-psixoloq Meri Şessler, dost diaspor təşkilatlarının tanınmış nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Krişnan bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Bu münasibətlə Azərbaycanda və soydaşlarımızın yaşadıqları xarici ölkələrdə xalqımızın fəxri olan dahi şəxsiyyətin bir əsrlik yubileyinə həsr olunmuş müxtəlif tədbirlər keçirilir.
Sərgidə ulu öndərin zəngin həyat və fəaliyyətini əks etdirən 19 fotoşəkil nümayiş etdirilib. Onların arasında Heydər Əliyevin həyatının müxtəlif dövrlərini əhatə edən, ABŞ-a rəsmi səfərlərini, Bakıda onun adını daşıyan binaları əks etdirən fotolar yer alıb. Eyni zamanda Azərbaycan həqiqətlərini təbliğ edən fotoşəkillərə də diqqət cəlb olunub.
Tədbirin bədii hissəsində “Dans Aşkina” rəqs qrupu Azərbaycan milli rəqslərini təqdim edib.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/minnesota-statinda-heyder-eliyev-ili-cercivesinde-sergi-teskil-edilib-3622