Categories: BugünGÜNDEM

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində xalçaçılıq sənətinin tədrisinə start verilib

 

 

 

 

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində xalçaçılıq sənətinin tədrisinə start verilib

29 avqust, 2023

 

 

 

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində xalçaçılıq sənətinin tədrisinə start verilib

 

 

 

Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində yeni layihəyə – xalçaçılıq sənətinin tədris olunmasına başlanılıb.

 

 

 

Xalçaçılıq kursunun iştirakçıları ilə görüş zamanı Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki koordinatoru, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan xalçaçılıq sənətinin təbliğ olunması məqsədilə yaradılan kursda müxtəlif ölkələrdən 52 tələbə bu qədim sənətin sirlərinə yiyələnəcək. Kurs xalça ustası 57 yaşlı Camal Məhəmmədin rəhbərliyi ilə aparılacaq. Misirdə xalçaçılıq sənətinə böyük marağı nəzərə alaraq, gələcəkdə kursun fəaliyyətinin daha da genişləndirilməsi planlaşdırılır. Hazırda 120-dən çox tələbə gələcək kurslarda iştirak etmək üçün öz növbəsini gözləyir.

 

 

 

 

Qeyd edilib ki, cəmiyyət xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verir və müxtəlif millətlərdən olan tələbələr bir neçə ildir burada kurslar keçir. Qədim xalçaçılıq sənətini öyrənmək istəyən gənclərin çoxsaylı müraciətlərini nəzərə alan cəmiyyətin rəhbərliyi bu layihəyə başlamaq qərarına gəlib.

Diqqətə çatdırılıb ki, Azərbaycan dövləti xalqımızın məişətində özünəməxsus yer tutan xalçaçılıq sənətinə böyük qayğı göstərir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə müxtəlif beynəlxalq layihələr həyata keçirilir.

Qeyd edək ki, cəmiyyətin nəzdində xalçaçılıq layihəsinə başlaması barədə xəbərlər Misir, Əlcəzair, Səudiyyə Ərəbistanı və digər ölkələrin mediasında geniş şəkildə işıqlandırılıb.

 

 

 

Xatırladaq ki, xalçaçılıq sənəti ilə yanaşı, hazırda cəmiyyətin nəzdində fəaliyyət göstərən Azərbaycan dili, muğam sənəti və digər kurslarda 55 ölkədən 600-dən çox tələbə ödənişsiz təhsil alır.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/misir-azerbaycan-dostluq-cemiyyetinin-nezdinde-xalcaciliq-senetinin-tedrisine-start-verilib-3413

 

 

zline

Recent Posts

Girnədə Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı olub

Girnədə Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı olub 2024   Girnədə Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı…

1 saat ago

Andrey Turchak: Ölen SVO katılımcılarının aileleri, çocukları 23 yaşına gelene kadar aynı anda iki emekli maaşı alabilecek

Andrey Turchak: Ölen SVO katılımcılarının aileleri, çocukları 23 yaşına gelene kadar aynı anda iki emekli…

2 saat ago

Dışişleri Bakan Birinci Yardımcısının Tacikistan’da BM-Kadın Ofisi Başkanı ile Görüşmesi

Dışişleri Bakan Birinci Yardımcısının Tacikistan’da BM-Kadın Ofisi Başkanı ile Görüşmesi .2024..jpg   Meeting of the…

11 saat ago

Cumhurbaşkanı Ersin Tatar, Kıbrıs Vakıflar İdaresi’nin ana sponsorluğunda Kıbrıs Türk Ortopedik Özürlüler Derneği yararına düzenlenen kermese katıldı

Cumhurbaşkanı Ersin Tatar, Kıbrıs Vakıflar İdaresi’nin ana sponsorluğunda Kıbrıs Türk Ortopedik Özürlüler Derneği yararına düzenlenen…

12 saat ago

Cumhurbaşkanı Ersin Tatar 19 Mayıs Atatürk’ü Anma, Gençlik ve Spor Bayramı kutlamaları çerçevesinde Başkent Lefkoşa’da düzenlenen “105.Yıl Korteji’ne” katıldı

Cumhurbaşkanı Ersin Tatar 19 Mayıs Atatürk’ü Anma, Gençlik ve Spor Bayramı kutlamaları çerçevesinde Başkent Lefkoşa’da…

14 saat ago

Meeting of the First Deputy Minister with the Assistant Secretary-General of the United Nations

Meeting of the First Deputy Minister with the Assistant Secretary-General of the United Nations 2024..jpg…

14 saat ago