Moskva vilayətində Heydər Əliyevin 100 illiyi münasibətilə bayram tədbiri təşkil edilib
2023
Moskva vilayətində Heydər Əliyevin 100 illiyi münasibətilə bayram tədbiri təşkil edilib
Moskva vilayətinin Dolqoprudnı şəhər dairəsində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bayram tədbiri keçirilib.
“Vperyod” Mədəniyyət Evində baş tutan tədbir Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyət ictimai təşkilatı, Dolqoprudnı şəhər dairəsi azərbaycanlılarının yerli milli-mədəni muxtariyyəti və yerli administrasiya tərəfindən təşkil edilib.
Heydər Əliyevə həsr olunmuş sənədli filmdən fraqmentlərin nümayişi ilə başlayan tədbirdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun müraciəti oxunub.
Tədbirdə Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyət ictimai təşkilatının sədri Elşən İbrahimov, Dolqoprudnı şəhər dairəsi azərbaycanlılarının yerli milli-mədəni muxtariyyətinin sədri Namus Nağıyev, texnika elmləri doktoru, professor Kamran Rüstəmov, general-leytenant Vladimir Çikovani, Azərbaycandakı rus icmasının nümayəndəsi, yazıçı Viktor Tatarenko və pedaqoji elmlər doktoru, professor Nizami Əliyev çıxış ediblər. Onlar Azərbaycan xalqının dahi şəxsiyyəti Heydər Əliyevlə bağlı xatirələrini və ürək sözlərini bölüşüblər.
Konsert proqramını “Qarabağ” instrumental-xoreoqrafiya ansamblının, “Moskoviya” rus xalq alətləri orkestrinin nümunəvi kollektivi, “Qorod” teatrının artistləri təqdim ediblər. Dolqoprudnı şəhər dairəsi azərbaycanlılarının yerli milli-mədəni muxtariyyətinin sədri Namus Nağıyevin “Qorod” teatrının artistləri ilə birlikdə Müslüm Maqomayevin və “Qaya” vokal kvartetinin repertuarından mahnıları ifa etməsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Diaspor təşkilatı rəhbərinin mahnıları Azərbaycan dilində səsləndirməsi perfomansa xüsusi rəng qatıb.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/moskva-vilayetinde-heyder-eliyevin-100-illiyi-munasibetile-bayram-tedbiri-teskil-edilib-2963
Bakan Yardımcısının İslam İşbirliği Teşkilatı Genel Sekreteri ile görüşmesi.
Tacikistan ile Almanya arasında siyasi istişareler 21.11.2024 Öncesi Sonraki https://x.com/MOFA_Tajikistan/status/1859590914232008813 21 Kasım 2024’te…
Political сonsultations between Tajikistan and Germany.
Birleşik Rusya, sambo'yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor.
Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu'nda okul çocukları için bir sosyal yardım merkezine gezi düzenledi.
В ХМАО «Единая Россия» организовала для школьников экскурсию в центр социальной помощи.