Categories: BugünKÜLTÜR SANAT

Moskvada Azərbaycan və yəhudi diasporları arasında əməkdaşlıq memorandumu imzalanıb

 

 

 

Moskvada Azərbaycan və yəhudi diasporları arasında əməkdaşlıq memorandumu imzalanıb

15 dekabr, 2022

Moskvada Azərbaycan və yəhudi diasporları arasında əməkdaşlıq memorandumu imzalanıb

Moskvada fəaliyyət göstərən Azərbaycan diasporu ilə yəhudi diasporu arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması mərasimi keçirilib.

Dağ Yəhudilərinin Xeyriyyə Fondunda (STMEGI) baş tutan mərasimdən öncə “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatı ilə Rusiya Yəhudi Konqresinin rəhbərlikləri arasında görüş keçirilib.

Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, STMEGI Fondunun prezidenti German Zaxaryayev fondun məqsəd və vəzifələrindən, xeyriyyəçilik, mənəvi-əxlaqi maarifləndirmə, dağ yəhudilərinin adət ənənələrinin, mədəniyyətinin qorunması sahəsində həyata keçirilən çoxsaylı sosial əhəmiyyətli humanitar layihələrdən danışıb. Dağ yəhudilərinin məskunlaşdığı Qubanın Qırmızı qəsəbəsinin Azərbaycanda və hətta ölkəmizin hüdudlarından kənarda da çox məşhur olduğunu xüsusilə vurğulayıb. Bildirib ki, Rusiya Yəhudi Konqresi və STMEGİ Fondu hər zaman diqqəti əcdadlarının vətəni olan Azərbaycana yönəldir. “Ona görə də biz həmişə doğma azərbaycanlı icmamızın yanında olacağıq, onu hər cür dəstəkləyəcəyik və lazımi köməkliyi göstərəcəyik”, – deyə vitse-prezident məmnunluqla qeyd edib.

“Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov nəzərə çatdırıb ki, rəhbərlik etdiyi qurumun inkişaf konsepsiyasında əsas müddəalardan biri Rusiyanın aparıcı diaspor təşkilatları ilə əlaqələrin qurulmasıdır. Bu istiqamətdə ilkin olaraq Rusiyadakı dağ yəhudiləri icmasının seçilməsi isə təsadüfi deyil. Çünki azərbaycanlıların və dağ yəhudilərinin çoxəsrlik dostluğunun səmimi hisslərə, sıx mehriban qonşuluq və qardaşlıq əlaqələrinə, ortaq adət-ənənə və dəyərlərə söykənən möhkəm tarixi bünövrəsi var.

“Biz birlikdə çoxmillətli Azərbaycan xalqının ayrılmaz hissəsiyik. Dağ yəhudiləri həm də ümumi zəngin tarixi-mədəni irsimizin – bizi birləşdirən Azərbaycan mədəniyyətinin daşıyıcılarıdır. Bu baxımdan Azərbaycan bütün dünya üçün hər zaman tolerantlıq və multikulturalizmin parlaq nümunəsi olub və belə də qalır”, – deyə B.Həsənov əlavə edib.

Digər natiqlər də çıxışlarında Azərbaycanda doğulub boya-başa çatan dağ yəhudiləri nümayəndələrinin hazırda Rusiyada və dünyanın müxtəlif yerlərində yaşamalarına baxmayaraq, hər zaman Azərbaycanın mənafeyi üçün çalışdıqlarına, öz köklərini heç vaxt unutmadıqlarına diqqəti cəlb ediblər.

Sonra “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatı ilə Rusiya Yəhudiləri Konqresi və STMEGI Dağ Yəhudiləri Xeyriyyə Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

G.Zaxaryayev və Bəxtiyar Həsənov bu mühüm hadisəni ikitərəfli əməkdaşlığın və yüksək səviyyədə qarşılıqlı etimadın göstəricisi, yaxın gələcəkdə, eləcə də uzunmüddətli perspektivdə diaspor təşkilatları arasında əhəmiyyətli layihələr üçün möhkəm zəmin yaranması və Moskvadakı Azərbaycan icmasının real nüfuzunun tanınması kimi qiymətləndiriblər.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/moskvada-azerbaycan-ve-yehudi-diasporlari-arasinda-emekdasliq-memorandumu-imzalanib-2076

 

 

zline

Recent Posts

“Birleşik Rusya” bölgelerdeki çalışmalarında öne çıkan okul mezunlarını ödüllendirdi

“Birleşik Rusya” bölgelerdeki çalışmalarında öne çıkan okul mezunlarını ödüllendirdi 2024 Madalya sahipleri, Olimpiyat kazananları ve…

1 saat ago

Alaattin Çakıcı o haberleri ve özür iddialarını yalanladı

Alaattin Çakıcı o haberleri ve özür iddialarını yalanladı Alaattin Çakıcı sosyal medyada gündeme gelen hakkındaki…

2 saat ago

В Ульяновске при содействии «Единой России» прошла ярмарка трудоустройства

В Ульяновске при содействии «Единой России» прошла ярмарка трудоустройства 2024, Ее организовали по партпроекту «Моя…

4 saat ago

İRAN’DA SEÇİMİN SONUCUNU KARARSIZLAR BELİRLEYECEK

İRAN’DA SEÇİMİN SONUCUNU KARARSIZLAR BELİRLEYECEK Dr. Seyfullah Türksoy İpekyolu Kamu Diplomasisi Teşkilatı Başkanı 28 Haziran’da…

5 saat ago

Smolensk’te 100’den fazla kişi Birleşik Rusya’nın “Sıhhi savunmaya hazır” programını tamamladı

Smolensk’te 100’den fazla kişi Birleşik Rusya’nın “Sıhhi savunmaya hazır” programını tamamladı 2024 Partinin halk destek…

6 saat ago

В Смоленске программу «Единой России» «Готов к санитарной обороне» прошли уже более 100 человек

В Смоленске программу «Единой России» «Готов к санитарной обороне» прошли уже более 100 человек 2024,…

7 saat ago