Categories: BugünDÜNYA

Nazir Ceyhun Bayramovun ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşünə dair mətbuat məlumatı

 

 

 

 

No:497/23, Nazir Ceyhun Bayramovun ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşünə dair mətbuat məlumatı

 

 

16 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

 

Görüş zamanı bölgədə cari vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi, mövcud təhdid və çağırışlar müzakirə olunub.

 

 

 

Nazir Ceyhun Bayramov, cari ilin 1 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ dövlət katibi Entoni Blinken arasında təmaslar zamanı Ağdam-Xankəndi və Laçın yolunun eyni zamanda açılması istiqamətində əldə olunmuş razılığın həyata keçirilməsinə əngəl törədən tərəfin bundan öncəki razılıqlarda olduğu kimi Ermənistan və onun yaratdığı qondarma rejim olduğunu diqqətə çatdırıb. Bu faktların da öz növbəsində bölgədə guya “humanitar böhran”, “blokada” olması ilə bağlı səsləndirilən iddiaların əksinə, vəziyyətin heç də humanitar deyil, əslində siyasi olduğuna dəlalət etdiyini bir daha göstərdiyi bildirilib.

 

 

 

Ermənistan tərəfinin davamlı hərbi-siyasi təxribatlarına, bütün dünyada Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparmasına, ərazilərimizdə separatçılığı dəstəkləməsinə baxmayaraq, ölkəmizin konstruktiv mövqe sərgiləməsinin fonunda bölgədəki vəziyyətlə yaxından tanış olan bir sıra beynəlxalq tərəfdaşların, o cümlədən ABŞ tərəfinin Ermənistanın rəvayətlərinə uyaraq erməni tərəfinin iddialarını təkrarlamasının qəbuledilməz olduğu bildirilib.

 

Bu xüsusda, Ermənistanın bölgədə sülh və təhülükəsizliyə əsas təhdid olan, Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələrinin mövcudluğundan diqqəti yayındırmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə yaydığı əsassız iddiaların ötən günlərdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi v.i.e. Yuri Kimin çıxışında öz əksini tapmasının təəssüf doğurduğu bildirilib. ABŞ tərəfi ilə 1 sentyabr razılığına uyğun olaraq yolların paralel açılmasına Ermənistan və qondarma rejim tərəfindən maneçilik törədilməsinin Senatda ABŞ rəsmisi tərəfindən bəyan edilməməsinin vəziyyətə dair yanlış təəssürat yaratdığı vurğulanıb.

 

 

 

Ermənistanın son dövrlərdə atdığı addımların, o cümlədən 2 sentyabr tarixində Ermənistan baş naziri Nikol Paşinyanın ərazilərimizdə separatçılığı təşviq edən təbrik mesajının normallaşma və sülh prosesinə ciddi zərbə vurduğu xatırlanıb.

 

 

 

Azərbaycanın yollardan paralel istifadə edilməsi üzrə razılığa sadiqliyi bir daha diqqətə çatdırılıb.

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Paylaş
BÜTÜN XƏBƏRLƏR

 

kaynak:https://mfa.gov.az/az/news/no49723

 

 

zline

Recent Posts

Vladimir Yakushev, MGER’in LPR’de bir Gençlik Evi oluşturma önerisini destekledi

Vladimir Yakushev, MGER'in LPR'de bir Gençlik Evi oluşturma önerisini destekledi.

1 saat ago

Владимир Якушев поддержал предложение МГЕР по созданию Дома молодёжи в ЛНР

Владимир Якушев поддержал предложение МГЕР по созданию Дома молодёжи в ЛНР.

3 saat ago

Vladimir Yakushev: MGER projesi “Mentor Z” bugün bizim için önemli, tıpkı Büyük Vatanseverlik Savaşı gazilerinin önceki nesillere verdiği dersler gibi.

Vladimir Yakushev: MGER projesi “Mentor Z” bugün bizim için önemli, tıpkı Büyük Vatanseverlik Savaşı gazilerinin…

4 saat ago

Владимир Якушев: Проект МГЕР «Наставник Z» сегодня важен для нас, как и уроки ветеранов Великой Отечественной войны для предыдущих поколений

Владимир Якушев: Проект МГЕР «Наставник Z» сегодня важен для нас, как и уроки ветеранов Великой…

5 saat ago

Denis Pushilin: MGER’in Donbass’taki çalışmaları örgütün kayıtlarına geçecek

Denis Pushilin: MGER'in Donbass'taki çalışmaları örgütün kayıtlarına geçecek.

7 saat ago

Денис Пушилин: Работа МГЕР в Донбассе войдёт в летопись организации

Денис Пушилин: Работа МГЕР в Донбассе войдёт в летопись организации.

8 saat ago