Categories: BugünDÜNYA

Nazir Ceyhun Bayramovun ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ilə telefon danışığına dair mətbuat məlumatı

 

 

 

No:476/23, Nazir Ceyhun Bayramovun ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ilə telefon danışığına dair mətbuat məlumatı

 

 

9 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim arasında növbəti telefon danışığı baş tutub.

 

 

 

Telefon danışığı zamanı regionda son vəziyyət müzakirə olunub.

 

 

 

Nazir Ceyhun Bayramov Ermənistanın və onun tərəfindən Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı artan təxribatlarının, öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən hələ də çıxarılmamış erməni silahlı qüvvələrinin bölgədə sülh və təhlükəsizliyə əsas təhdid olduğunu diqqətə çatdırıb.

 

 

 

Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin 9 sentyabr tarixində “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyətin Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozuntusu olduğu, bu addımın bölgədə normallaşma və erməni sakinlərin Azərbaycan Respublikasının konstitusion çərçivəsinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbə vurduğu bildirilib.

 

 

 

Erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasının zəruri olduğu nazir tərəfindən vurğulanıb.

 

 

 

Nazir beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə uyğun olaraq, Azərbaycan ərazisində “seçki” adı altında aparılan bu qanunsuz fəaliyyəti qətiyyətlə pisləməyə çağırıb.

 

 

 

Telefon danışığı zamanı, tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş

BÜTÜN XƏBƏRLƏR

 

kaynak:https://mfa.gov.az/az/news/no47623

 

 

zline

Recent Posts

Estoniyada Azərbaycan Mədəniyyəti Günü keçirilib

Estoniyada Azərbaycan Mədəniyyəti Günü keçirilib.

2 saat ago

Üst Düzey Yan Etkinliğe Katılım

Üst Düzey Yan Etkinliğe Katılım.

3 saat ago

Kuveyt Devleti Dışişleri Bakan Yardımcısı ile Toplantı

Kuveyt Devleti Dışişleri Bakan Yardımcısı ile Toplantı.

4 saat ago

Meeting with Deputy Minister of Foreign Affairs of the State of Kuwait

Meeting with Deputy Minister of Foreign Affairs of the State of Kuwait.

5 saat ago

TURKKON GENEL BAŞKANI MÜJDAT ÇOBANOĞLU`NDAN MİLLİ YOL PARTİSİ GENEL BAŞKANI REMZİ ÇAYIR `A ZİYARET

Turan Devletleri Birleşik Konfederasyonu TURKKON Genel Başkanı Müjdat ÇOBANOĞLU, Milli Yol Partisi Genel Başkanı Remzi…

5 saat ago

Göcek’te Rober Güler’in Teknesinde Sürpriz Buluşma: Yiğit Ergin ve Yakup Biraraya geldi

Göcek’te Rober Güler’in Teknesinde Sürpriz Buluşma: Yiğit Ergin ve Yakup Biraraya geldi.

8 saat ago