Categories: BugünSİYASET

Nazir Ceyhun Bayramovun BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşünə dair mətbuat məlumatı

 

 

No:040/24, Nazir Ceyhun Bayramovun BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşünə dair mətbuat məlumatı

 

 

1 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşüb.

 

 

 

Görüşdə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı hazırlıq işləri və təşkilati məsələlər müzakirə edilib.

 

 

 

Nazir Ceyhun Bayramov ölkəmiz tərəfindən, xüsusilə son dövrlərdə ətraf mühitin mühafizəsi, bərpa olunan enerji mənbələrinə keçid üzrə əməli addımların atıldığını, ötən il keçirilən COP28 Sammitində Azərbaycanın bir sıra qlobal öhdəliklərə qoşulduğunu diqqətə çatdırıb.

 

Azərbaycan tərəfindən COP29-un məzmun, o cümlədən təşkilatçılıq baxımından yüksək səviyyədə keçirilərək, COP29 irsinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində beynəlxalq səylərə töhfə olacağına dair inam ifadə olunub.

 

 

 

İcraçı katib Saymon Stil Azərbaycan tərəfindən COP29-a ev sahibliyi çərçivəsində aparılan hazırlıq işlərinin yüksək peşəkarlıqla davam etdirilməsinin məmnunluq doğurduğunu vurğulayıb. COP29-un təşkili ilə bağlı ölkəmizə uğurlar arzu edən icraçı katib, bu istiqamətdə görülən işlərə Katiblik tərəfindən yaxından töhfə veriləcəyini bildirib.

 

 

 

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no04024

 

 

 

zline

Recent Posts

Andrey Turchak Altay Cumhuriyeti’nin başına geçti

Andrey Turchak Altay Cumhuriyeti'nin başına geçti.

4 saat ago

Hantı-Mansi Özerk Okrugu’nda Birleşik Rusya’nın desteğiyle, çatışmalara katılan vatandaşların anısına iki Kahraman Masası açıldı.

Hantı-Mansi Özerk Okrugu'nda Birleşik Rusya'nın desteğiyle, çatışmalara katılan vatandaşların anısına iki Kahraman Masası açıldı..

5 saat ago

Dmitry Vyatkin: Federal bütçe taslağı Zafer ve ekonomik büyüme için bir bütçedir

Dmitry Vyatkin: Federal bütçe taslağı Zafer ve ekonomik büyüme için bir bütçedir.

6 saat ago

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Artıq Cəbrayıl torpaqlarına yeni həyat qayıdır..”, ÖZEL

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Artıq Cəbrayıl torpaqlarına yeni həyat qayıdır..”, ÖZEL.

9 saat ago

Həştərxanda “Teatr Deltası” III Beynəlxalq Festival-Forum açılıb

Həştərxanda “Teatr Deltası” III Beynəlxalq Festival-Forum açılıb Türkiye - 1453 Kral Medya haber ajansı Məşhur…

9 saat ago

Ustalık sınıfları, hediyeler, konserler: Birleşik Rusya, Yaşlılar Günü nedeniyle bölgelerde etkinlikler düzenledi

Ustalık sınıfları, hediyeler, konserler: Birleşik Rusya, Yaşlılar Günü nedeniyle bölgelerde etkinlikler düzenledi.

10 saat ago