Categories: BugünKÜLTÜR SANAT

Niderland-Azərbaycan “Odlar Yurdu” Cəmiyyəti beynəlxalq ictimaiyyətə müraciət edib

 

 

 

 

Niderland-Azərbaycan “Odlar Yurdu” Cəmiyyəti beynəlxalq ictimaiyyətə müraciət edib

 

, 2023

 

 

 

Niderland Krallığında fəaliyyət göstərən Niderland-Azərbaycan “Odlar Yurdu” Cəmiyyəti ölkəmizin sülh səylərinin dərk edilməsi və dəstəklənməsi ilə bağlı bəyanatla çıxış edib

 

 

 

 

Niderland-Azərbaycan “Odlar Yurdu” Cəmiyyəti beynəlxalq ictimaiyyətə müraciət edib
Cəmiyyətin adından Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki nümayəndəliyinə ünvanlanan bəyanatda bildirilib ki, Azərbaycan əsilli niderlandlılar Ermənistanda mövcud olan revanşist əhval-ruhiyyəli qüvvələrin və erməni diasporunun yolverilməz əməlləri nəticəsində Cənubi Qafqaz regionunda yaranmış mövcud vəziyyətdən dərin narahatlıq hissi keçirirlər.

 

 

 

 

Bəyanatda 30 il ərzində Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın Qarabağ bölgəsinin xarabalığa çevrildiyinə və 2020-ci ildə baş vermiş müharibədən sonrakı aktual problemlərin həll olunmadığına diqqət cəlb edilib. Ermənistan silahlı qüvvələri tərəfindən döşənmiş minalar nəticəsində indiyədək 300-dən çox günahsız Azərbaycan mülki vətəndaşının və hərbi qulluqçusunun həlak olduğu və yaralandığı, regional əməkdaşlığa sadiqliyini qonşu Gürcüstanın timsalında sübut edən Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumağa çalışdığı, Xankəndi-Laçın yolunun açıq olduğu kimi faktlar bir daha yada salınıb.

 

 

 

 

“Odlar Yurdu” Cəmiyyəti beynəlxalq təşkilatları bu kritik və önəmli mərhələdə erməni yalanlarına inanmamağa, Qarabağ bölgəsində irimiqyaslı bərpa-yenidənqurma layihələri həyata keçirmək məqsədilə çoxmilyardlı sərmayələr yatıran Azərbaycanın sülhsevər mövqeyini əməli şəkildə dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşkilinə yardım göstərməyə çağırıb.

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/niderland-azerbaycan-odlar-yurdu-cemiyyeti-beynelxalq-ictimaiyyete-muraciet-edib-3384

 

 

zline

Recent Posts

Olga Zanko: Ülkenin 2025 bütçe taslağı, STK’ları desteklemek için 419 milyar ruble ayırmayı planlıyor

Olga Zanko: Ülkenin 2025 bütçe taslağı, STK'ları desteklemek için 419 milyar ruble ayırmayı planlıyor.

19 dakika ago

Ольга Занко: В проекте бюджета страны на 2025 год на поддержку НКО планируется направить 419 миллиардов рублей

Ольга Занко: В проекте бюджета страны на 2025 год на поддержку НКО планируется направить 419…

2 saat ago

EYLÜL YÜCEL’DEN YENİ SİNGLE ”YAŞATTIĞINI YAŞA”

EYLÜL YÜCEL'DEN YENİ SİNGLE ''YAŞATTIĞINI YAŞA'' Yıllardır sahnelerin sevilen ismi güzel sanatçı Eylül YÜCEL, yeni…

3 saat ago

Birleşik Rusya bütçenin ikinci okumasında değişiklikler yaptı

Birleşik Rusya bütçenin ikinci okumasında değişiklikler yaptı.

4 saat ago

AK PARTİ BİRECİK İLÇE BAŞKAN ADAY ADAYI SELAMİ İNCEDAL `DAN AK PARTİ ŞANLIURFA İL BAŞKANI MEHMET İLHAMİ GÜNBEĞİ`YE ZİYARET

AK PARTİ BİRECİK İLÇE BAŞKAN ADAY ADAYI SELAMİ İNCEDAL `DAN AK PARTİ ŞANLIURFA İL BAŞKANI…

5 saat ago

İŞ İNSANI SELAMİ İNCEDAL AK PARTİ BİRECİK İLÇE BAŞKAN ADAY ADAYI OLDU

İŞ İNSANI SELAMİ İNCEDAL AK PARTİ BİRECİK İLÇE BAŞKAN ADAY ADAYI OLDU.

8 saat ago