No:302/23, Xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının yeni xarici işlər naziri Hakan Fidan arasında telefon danışığına dair mətbuat məlumatı
4 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının yeni xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Nazir Hakan Fidanın qardaş Türkiyənin xarici işlər naziri təyin olunması münasibətilə təbriklərini çatdırıb və ona uğurlar arzulayıb.
Nazir Ceyhun Bayramov dərin köklərə, ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında çoxşaxəli və strateji müttəfiqlik münasibətlərinin inkişafı üçün birgə səylərin daha da möhkəmlənəcəyindən əmin olduğunu bildirib.
Tərəflər, iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə və regional məsələlərə dair fikir mübadiləsi aparıblar.
Nazir Hakan Fidan ölkəmizə səfərə dəvət olunub.
Yeni nazir təbriklərə və xoş sözlərə görə nazir Ceyhun Bayramova təşəkkür edib və ölkəmizə səfər dəvətini məmnuniyyətlə qəbul edib.
Paylaş
BÜTÜN XƏBƏRLƏR
kaynak:https://mfa.gov.az/az/news/no30223
Bakan Yardımcısının İslam İşbirliği Teşkilatı Genel Sekreteri ile görüşmesi.
Tacikistan ile Almanya arasında siyasi istişareler 21.11.2024 Öncesi Sonraki https://x.com/MOFA_Tajikistan/status/1859590914232008813 21 Kasım 2024’te…
Political сonsultations between Tajikistan and Germany.
Birleşik Rusya, sambo'yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor.
Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu'nda okul çocukları için bir sosyal yardım merkezine gezi düzenledi.
В ХМАО «Единая Россия» организовала для школьников экскурсию в центр социальной помощи.