Nyu-Yorkda keçirilən xeyriyyə tədbirində Azərbaycan rəqsləri nümayiş olunub
22 fevral, 2023
Nyu-Yorkda keçirilən xeyriyyə tədbirində Azərbaycan rəqsləri nümayiş olunub
ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “Mənim Yolum” Uşaq və Gənclər İnkişaf Mərkəzində “Təsadüfi Xeyirxahlıq Günü”nə həsr olunmuş xeyriyyə tədbiri keçirilib.
Tədbir zamanı Azərbaycanın və müxtəlif ölkələrin rəqsləri nümayiş etdirilib və mahnılar səsləndirilib. Mərkəzin yetirmələrinin ifa etdikləri Azərbaycan milli rəqsləri tamaşaçılar tərəfindən rəğbətlə və alqışlarla qarşılanıb.
Tədbirdə iştirak edən Nyu-York Şəhər Şurasının üzvü Ari Kagan şəhərin mədəni müxtəlifliyinə töhfələr verdiyinə və xeyriyyə tədbirlərində fəal iştirakına görə “Mənim Yolum” Uşaq və Gənclər İnkişaf Mərkəzinin sədri Alyona Bədəlovaya şəhər meri tərəfindən imzalanmış mərasim bəyannaməsini (Citation) təqdim edib.
Qeyd edək ki, “Mənim Yolum” Uşaq və Gənclər İnkişaf Mərkəzində rəqs dərsləri, o cümlədən Azərbaycan milli rəqsləri tədris olunur.
Bundan başqa, “Mənim Yolum” Uşaq və Gənclər İnkişaf Mərkəzinin sədri Alyona Bədəlova Dubay şəhərində Qlobal Etika üzrə Parlamentlərarası Koalisiyanın 12-13 fevral tarixində təşkil edilmiş dəyirmi masasında iştirak edib.
Qlobal Dürüstlük və Xeyirxahlıq Mərkəzi, Birləşmiş Ərəb Əmirliklərinin Yəhudi Şurası və Əl-Sadiq İslam İngilis Məktəbinin təşkilatçılığı ilə baş tutan tədbirə bir sıra ictimai-siyasi və dini xadimlər qatılıblar.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/nyu-yorkda-kecirilen-xeyriyye-tedbirinde-azerbaycan-reqsleri-numayis-olunub-2419