Nyu-Yorkdakı icmamız Müstəqillik Günü ilə əlaqədar bir araya gəlib
, 2023
Nyu-Yorkdakı icmamız Müstəqillik Günü ilə əlaqədar bir araya gəlib
ABŞ-ın Nyu-York şəhərində yaşayan Azərbaycan icmasının 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbiri keçirilib.
Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə açıq havada keçirilən tədbirdə Azərbaycan və türk icmasının fəalları, ziyalılar, yerli ictimayyətin nümayəndələri və ABŞ-da təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən icma üzvləri soydaşlarımızı xalqımızın tarixində böyük önəm daşıyan mühüm hadisə münasibətilə təbrik edib, hər bir azərbaycanlının 105 il öncə ölkəmizdə demokratik respublikanın elan edilməsi faktı ilə qürur duyduğunu vurğulayıblar.
Milli musiqilərimizin və rəqslərimizin ifa olunduğu tədbir yerli sakinlər tərəfindən maraqla izlənilib.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/nyu-yorkdaki-icmamiz-musteqillik-gunu-ile-elaqedar-bir-araya-gelib-3046