Ontario əyalətinin rəsmiləri Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar soydaşlarımızı təbrik ediblər
, 2023
Ontario əyalətinin rəsmiləri Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar soydaşlarımızı təbrik ediblər
Kanadanın Ontario əyalətinin rəsmi şəxsləri və siyasi partiya rəhbərləri 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan icmasını təbrik ediblər.
Ontario əyalətinin Baş naziri Duqlas Robert Ford təbrik bəyannaməsində Azərbaycanın Müstəqillik Gününü qeyd edən hər bir soydaşımızı səmimi-qəlbdən salamlayıb: “Ölkəmiz əksəriyyəti Ontarioda yaşayan minlərlə Azərbaycan əsilli kanadalıya ev sahibliyi etməkdən qürur duyur. Onlar yurisdiksiyalarımız əsasında əlaqələrini dərinləşdirib və buranı yaşamaq, işləmək, ailə qurmaq, uğur qazanmaq üçün ən yaxşı məkana çevirib”.
Baş nazir qeyd edib ki, onilliklər ərzində Ontarionun azərbaycanlı sakinləri bu böyük əyalətdə və ölkədə güclü icmalar qurmağa kömək etmək məqsədilə bacarıqlarını nümayiş etdirir və öz töhfələrini verirlər: “Bu bayram azərbaycanlı kanadalılar üçün qürur duyduqları və güc aldıqları zəngin mədəniyyətə ehtiramı bildirmək üçün fürsətdir. Hamınızın Müstəqillik Günü mübarək!”
Ontario Qanunvericilik Assambleyasının spikeri Ted Arnot rəhbərlik etdiyi parlament üzvləri adından bu mühüm hadisə ilə əlaqədar Kanada azərbaycanlılarını səmimi-qəlbdən təbrik etdiyini bildirib.
Ontario Qanunvericilik Assambleyasının rəsmi müxalifətinin lideri Marit Stayls imzaladığı bəyannamə vasitəsilə soydaşlarımıza təbriklərini və ən xoş arzularını çatdırıb.
Ontario Qanunvericilik Assambleyasının üzvləri – Liberal Partiyası liderinin səlahiyyətlərini müvəqqəti icra edən Con Freyzer və Quelf əyalət parlamentinin üzvü Mayk Şrayner öz təbrik bəyannamələrində bu mühüm gündə soydaşlarımızın bayram sevincinə qoşulduqlarını bildiriblər.
Qeyd edək ki, təbrik bəyannamələri “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənovaya ünvanlanıb.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/ontario-eyaletinin-resmileri-azerbaycanin-musteqillik-gunu-ile-elaqedar-soydaslarimizi-tebrik-edibler-3016