Categories: BugünKÜLTÜR SANAT

Özbəkistan paytaxtında Şuşaya həsr olunmuş tədbir təşkil olunub

 

 

 

Özbəkistan paytaxtında Şuşaya həsr olunmuş tədbir təşkil olunub
, 2023
Özbəkistan paytaxtında Şuşaya həsr olunmuş tədbir təşkil olunub

Daşkənd şəhərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr olunmuş tədbir keçirilib.

Respublika Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Münasibətləri Komitəsinin binasında təşkil olunan bayram tədbiri Şuşadakı “Xarı bülbül” beynəlxalq festivalı çərçivəsində gerçəkləşdirilib.

Tədbir iştirakçılarını salamlayan mərkəzin İdarə Heyətinin (İH) sədri Mobil Məmmədov qədim Şuşa şəhəri barədə məruzə ilə çıxış edib.

Ardınca bu yaxınlarda Şuşaya səfər etmiş kinorejissor Eldar Məmmədovun mədəniyyət paytaxtından bəhs edən sənədli filmi nümayiş etdirilib.

Tədbirdə “Qardaşlıq” Azərbaycan Mədəniyyət Mərkəzinin İH sədri Xasay Abdullayev, Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü, əslən şuşalı olan Əli Nəsirli, Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki Gənclər Mərkəzinin sədri, Şuşada keçirilmiş Diaspor Gənclərinin III Yay Düşərgəsinin içtirakçısı Həzrətəli Sarızadə qədim şəhərimizlə bağlı unudulmaz təəssüratlarını və Qarabağın adı çəkiləndə hər bir azərbaycanlının hiss etdiyi sevinci bölüşüblər.

Sonra mərkəzin gənc fəallarının Şuşaya həsr etdikləri təqdimat nümayiş etdirilib, məktəblilərin ifasında Azərbaycan və rus dillərində Şuşaya və Azərbaycana həsr olunmuş şeirlər səsləndirilib.

 

 

 

Konsert proqramı ilə davam edən tədbirin sonunda iştirakçılara fəxri fərmanlar və təşəkkürnamələr təqdim olunub.

Tədbir çərçivəsində Azərbaycan mədəniyyətinə dair təşkil olunmuş sərgidə Şuşa şəhərinə həsr olunmuş guşə yaradılıb.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/ozbekistan-paytaxtinda-susaya-hesr-olunmus-tedbir-teskil-olunub-2962

 

 

zline

Recent Posts

“Night of Ustod Sadriddin Ayni” in Tehran

“Night of Ustod Sadriddin Ayni” in Tehran .2024 Previous Next   "Night of Ustod Sadriddin…

39 dakika ago

Belçika Göçmenlik Dairesi Genel Müdürü ile görüşme

Belçika Göçmenlik Dairesi Genel Müdürü ile görüşme .2024..jpg   https://x.com/MOFA_Tajikistan/status/1805081251004481990     Dışişleri Bakan Birinci…

2 saat ago

Birleşik Rusya, kamu destek merkezinde ailelerin finansal okuryazarlığı konusunda bir eğitim projesi başlattı

Birleşik Rusya, kamu destek merkezinde ailelerin finansal okuryazarlığı konusunda bir eğitim projesi başlattı 2024, Uzmanlar…

3 saat ago

Meeting with the Director General of the Belgian Immigration Service

Meeting with the Director General of the Belgian Immigration Service .2024..jpg   https://x.com/MOFA_Tajikistan/status/1805081251004481990   On…

5 saat ago

BİRYEG BAŞKANI BURHAN KAYA BAŞKANLIĞINDA BİRECİK SARIMSAĞI COĞRAFI İŞARET TESCİL TOPLANTISI YAPILDI

BİRYEG BAŞKANI BURHAN KAYA BAŞKANLIĞINDA BİRECİK SARIMSAĞI COĞRAFI İŞARET TESCİL TOPLANTISI YAPILDI 13.11.2023 yılında GAP…

6 saat ago

Birleşik Rusya, Volgograd bölgesi valisi seçimi için Andrei Bocharov’u aday gösterdi

Birleşik Rusya, Volgograd bölgesi valisi seçimi için Andrei Bocharov’u aday gösterdi 2024 Mevcut bölge başkanının…

7 saat ago