Pənahəli xan nəslinin nümayəndəsi: “Qarabağ Zəfərinin möhtəşəmliyini Şuşada daha dərindən hiss etdim”
, 2023
Pənahəli xan nəslinin nümayəndəsi: “Qarabağ Zəfərinin möhtəşəmliyini Şuşada daha dərindən hiss etdim”
Qarabağ xanlığının qurucusu Pənahəli xanın nəslinin İspaniyada yaşayan nümayəndəsi Qulam Əkbərov ailəsi ilə birlikdə ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan səfər zamanı Əkbərovlar ailəsinin üzvləri öncə ulu babalarının sarayının qalıqlarını və onun adını daşıyan küçəni ziyarət ediblər.
Sonra xan nəslinin davamçıları Bazarbaşı meydanı, Cıdır düzü, “Güllələnmiş heykəllər”in yerləşdirildiyi meydan, Şuşa Bəyannaməsinin imzalandığı məkan, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Molla Pənah Vaqifin məqbərəsi, Gəncə Qapısı, Yuxarı Gövhərağa məscidi, İsa bulağı və digər görməli yerlərdə olublar.
Əkbərovlar ailəsinə Qarabağın incisi olan Şuşada aparılan yenidənqurma və abadlıq işləri barədə ətraflı məlumat verilib.
Qulam Əkbərov bildirib ki, xalqımızın Qarabağda qazandığı qələbənin möhtəşəmliyini Şuşada daha dərindən hiss edir və bu günü heç vaxt unutmayacaq.
Əkbərovlar ailəsi Komitənin Youtube kanalı olan Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramına müsahibə verərək, Şuşa şəhərində yaşadıqları qürur və fəxarət hisslərini bölüşüb, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və qüdrətli ordumuza minnətdarlıqlarını ifadə edib, Vətən yolunda canından keçən oğullarımıza Allahdan rəhmət diləyib.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/penaheli-xan-neslinin-numayendesi-qarabag-zeferinin-mohtesemliyini-susada-daha-derinden-hiss-etdim-3309