Categories: BugünKÜLTÜR SANAT

Qardabanidə “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabı təqdim edilib

 

 

 

 

Qardabanidə “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabı təqdim edilib

2023

 

 

 

 

Qardabanidə “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabı təqdim edilib

 

 

 

 

Gürcüstanın Qardabani rayonunda müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimat mərasimi keçirilib.

 

 

 

Mərasimdə elm xadimləri, yerli ictimaiyyətin nümayəndələri, ölkəmizin Gürcüstandakı səfirliyinin əməkdaşları və Azərbaycandan gələn qonaqlar iştirak ediblər.

Azərbaycanın və Gürcüstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi Kamran Ramazanlı bildirib ki, Azərbaycan və gürcü dillərində kitabı ərsəyə gətirməkdə əsas məqsəd dahi şəxsiyyətin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin xarici siyasətini, eləcə də dövlətimizin başçısının enerji siyasətini təhlil etmək və oxuculara bu barədə ətraflı məlumat verməkdir.

 

 

 

Təqdimat mərasimində professor Mahmud Kamaloğlu, tarixçi alim, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov, Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov və başqaları çıxış edərək, kitab barədə fikirlərini bölüşüblər, ümummilli liderin həyat və fəaliyyəti, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafındakı xidmətlərindən danışıblar. Çıxış edənlər kitab müəlliflərinin dövlət başçımızın apardığı xarici siyasətə regional və qlobal geosiyasətin hazırkı mənzərəsindən baxmağa çalışdıqlarını, qonşu ölkənin siyasi rəhbərliyinin iki dövlətin əməkdaşlığı ilə bağlı fikirlərinə nəzər saldıqlarını vurğulayıblar.

 

 

 

 

Qeyd edək ki, kitabın müəllifləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi Natəvan Cəfərova və elmi işçisi Kamran Ramazanlıdır.

 

 

 

Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi nümayiş etdirilib.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/qardabanide-ilham-eliyevin-gurcustan-siyaseti-enerji-strategiyasi-kontekstinde-kitabi-teqdim-edilib-3879

 

 

 

 

zline

Recent Posts

“Birleşik Rusya Kadın Hareketi” siyaset okulunun seçim kampanyalarının analizine adanmış çevrimiçi bir oturum düzenledi

"Birleşik Rusya Kadın Hareketi" siyaset okulunun seçim kampanyalarının analizine adanmış çevrimiçi bir oturum düzenledi.

23 dakika ago

«Единая Россия»: Участниками проекта «Менделеевская карта» станут более 4 тысяч призёров и победителей олимпиады «Я — профессионал»

«Единая Россия»: Участниками проекта «Менделеевская карта» станут более 4 тысяч призёров и победителей олимпиады «Я…

2 saat ago

“Birleşik Rusya”: “Ben Profesyonelim” Olimpiyatının 4 binden fazla kazananı ve kazananı “Mendeleev Haritası” projesine katılacak

“Birleşik Rusya”: “Ben Profesyonelim” Olimpiyatının 4 binden fazla kazananı ve kazananı “Mendeleev Haritası” projesine katılacak.

4 saat ago

Госдума приняла в первом чтении инициированный «Единой России» законопроект о регулировании туристической деятельности

Госдума приняла в первом чтении инициированный «Единой России» законопроект о регулировании туристической деятельности.

5 saat ago

Devlet Duması, Birleşik Rusya tarafından başlatılan turizm faaliyetlerinin düzenlenmesine ilişkin yasa tasarısını ilk okumada kabul etti

Devlet Duması, Birleşik Rusya tarafından başlatılan turizm faaliyetlerinin düzenlenmesine ilişkin yasa tasarısını ilk okumada kabul…

7 saat ago

Meeting with the Representative of the World Bank

Meeting with the Representative of the World Bank.

7 saat ago