Qazaxıstanın Sayram rayonunda Zəfər Günü qeyd edilib
2023
Qazaxıstanın Sayram rayonunda Zəfər Günü qeyd edilib
Qazaxıstanın Türküstan vilayətinin Sayram rayonunda Azərbaycanın Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
“Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin və “Ata Yurd – NOMAD” Respublika İctimai Birliyinin Şimkənd filialının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə yerli dövlət qurumlarının rəsmiləri, müxtəlif xalqların birliklərinin, yerli ictimaiyyətin və diasporumuzun təmsilçiləri iştirak ediblər.
Azərbaycanın və Qazaxıstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən birlik sədri Ramilə Mustafayeva, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə və digər qonaqlar bayram münasibətilə soydaşlarımızı və türk dünyasını təbrik edib, xoş arzularını bildiriblər.
Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsi adından Qazaxıstanda milli-mədəni dəyərlərimizin təbliğində fəal iştirakına görə “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin sədrinə təşəkkürnamə təqdim edilib.
Tədbir konsert proqramı ilə davam edib.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/qazaxistanin-sayram-rayonunda-zefer-gunu-qeyd-edilib-3848