Categories: BugünGÜNDEM

Rostov-na-Donu şəhərində “Heydər Əliyev İli” çərçivəsində beynəlxalq forum təşkil edilib

 

 

 

 

Rostov-na-Donu şəhərində “Heydər Əliyev İli” çərçivəsində beynəlxalq forum təşkil edilib

, 2023

Rostov-na-Donu şəhərində “Heydər Əliyev İli” çərçivəsində beynəlxalq forum təşkil edilib

 

 

 

 

Rusiyanın Rostov-na-Donu şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Qələbənin rəmzləri” mövzusunda beynəlxalq forum keçirilib.

 

 

 

“Birlik” Don Azərbaycanlıları İttifaqı və Cənubi Rusiya Universitetinin (İdarəetmə, biznes və hüquq İnstitutu) birgə təşkilatçılığı ilə “Sambek yüksəklikləri” hərbi-tarixi muzey kompleksində baş tutan tədbirdə Taqanroq şəhər administrasiyasının başçısı Andrey Fateyev, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi, jurnalist Lyubov Surkova, “Qələbənin könüllüləri” Ümumrusiya ictimai hərəkatının Rostov regional şöbəsinin rəhbəri Artyom Tolpıgin, şəhər ictimaiyyətinin nümayəndələri və soydaşlarımız iştirak ediblər.

Cənubi Rusiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İmran Əkbərov tədbiri giriş sözü ilə açaraq forum iştirakçılarını salamlayıb.

 

 

 

Tədbirdə çıxış edən “Birlik” Don Azərbaycanlıları İttifaqının icraçı direktoru Yeganə Əhmədova ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verib. Tədbirdə xalqımızın dahi oğlunun təşəbbüsü ilə Taqanroqun alman faşistlərindən azad edilməsində iştirak etmiş 130-cu və 416-cı Azərbaycan atıcı diviziyaları döyüşçülərinin xatirəsinə şəhərin Sambek təpələrində Şöhrət Memorialının yaradıldığı, 1980-ci ildə onun birbaşa iştirakı ilə bu abidənin açıldığı xatırlanıb. Abidənin təkcə xalqlarımızın Qələbəsinin deyil, həm də Rusiya və Azərbaycan xalqları arasında dostluq rəmzi olduğu vurğulanıb.

 

 

 

Dünya ictimaiyyətinin hər zaman bütün çətinlikləri cəsarətlə dəf edən, xalqına və özünə güvənən sanballı siyasətçi gördüyü diqqətə çatdırılıb.”Müstəqil Azərbaycan dövlətinin qurucusunun davranışı, ifadə tərzi, zahiri görkəmi hər zaman ləyaqəti təcəssüm etdirirdi”, – deyə icraçı direktor qürurla əlavə edib.

Tədbir çərçivəsində Şöhrət Memorialı ziyarət edilib və vətənpərvərlik mövzuda yaradıcılıq müsabiqəsi keçirilib Rostov-na-Donu şəhərində yaşayan Kəmalə Hüseynovanın “Qələbə salnaməsi” əsəri birinci yerə layiq görülüb.

 

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/rostov-na-donu-seherinde-heyder-eliyev-ili-cercivesinde-beynelxalq-forum-teskil-edilib-3904

 

 

 

 

zline

Recent Posts

“Birleşik Rusya”, konut ve toplumsal hizmetlerin kapsamlı modernizasyonu için bir programın oluşturulması konusunda İnşaat Bakanlığına teklifler sundu

“Birleşik Rusya”, konut ve toplumsal hizmetlerin kapsamlı modernizasyonu için bir programın oluşturulması konusunda İnşaat Bakanlığına…

38 dakika ago

Alexander Asafov: “Birleşik Rusya”nın elektronik ön oylaması sosyal ve politik yaşamın en önemli unsurudur

Alexander Asafov: “Birleşik Rusya”nın elektronik ön oylaması sosyal ve politik yaşamın en önemli unsurudur 2024…

1 saat ago

GENÇLER, HALİLİYE BELEDİYESİ İLE SPOR ALIŞKANLIĞI KAZANIYOR

TARİH 19.05.2024 İLETİ NO 184 KONU GENÇLER, HALİLİYE BELEDİYESİ İLE SPOR ALIŞKANLIĞI KAZANIYOR GENÇLER, HALİLİYE…

1 saat ago

Kuveyt Dışişleri Bakan Yardımcısı ile görüşme

Kuveyt Dışişleri Bakan Yardımcısı ile görüşme .2024..jpg   Meeting with Deputy Foreign Minister of Kuwaithttps://t.co/zcd9hbBpcN…

3 saat ago

ABDULLAH YİĞİT `TEN 19 MAYIS MESAJI

1453 Kral Medya Yayın Grubu Yönetim Kurulu Başkanı Kral Gazeteci Abdullah Yiğit, 19 Mayıs Atatürk’ü…

10 saat ago