Categories: BugünGÜNDEM

Rotterdam şəhərində Həmrəylik Günü “Biz Qalib Xalqıq!” konserti ilə qeyd edilib

 

 

 

Rotterdam şəhərində Həmrəylik Günü “Biz Qalib Xalqıq!” konserti ilə qeyd edilib
, 2023

 

 

 

Rotterdam şəhərində Həmrəylik Günü “Biz Qalib Xalqıq!” konserti ilə qeyd edilib

 

 

 

Niderlandın Rotterdam şəhərində “Heydər Əliyev İli” çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Biz Qalib Xalqıq!” adlı bayram tədbiri keçirilib.

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Niderlanddakı səfirliyinin, Türkiyənin Amsterdamdakı Baş konsulluğunun əməkdaşları, Niderland, Belçika və Almaniyada yaşayan soydaşlarımız, güney azərbaycanlılar, türk icmasının və Niderlanddakı türk mediasının təmsilçiləri iştirak ediblər.

 

 

 

 

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Real TV-nin Avropa bürosunun xüsusi müxbiri, jurnalist və ictimai fəal Xatirə Sərdarqızının moderatorluğu ilə aparılan tədbir ulu öndər Heydər Əliyevin fəaliyyəti və Azərbaycan diasporunun inkişafındakı müstəsna rolu barədə məlumatın verilməsi ilə davam edib. Ardınca ulu öndərə və xalqımızın parlaq Zəfərinə həsr edilmiş sənədli filmlər nümayiş etdirilib.

 

 

 

Tədbir iştirakçılarını salamlayan “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva bildirib ki, bu il suveren xalqın övladı kimi Həmrəylik Günündə həmvətənləri ilə bir araya gəlməkdən qürur duyur.

 

 

 

 

Azərbaycanın Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Elxan Mirhəşimli, Amsterdamdakı Yunus Əmrə İnstitutunun direktoru Adil Akaltun, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsinin işçi qrupunun üzvü Emin Ağayev çıxışlarında bayramlar və Azərbaycan bayrağının Qarabağın bütün şəhər və kəndlərində dalğalandırılması münasibətilə soydaşlarımızı və türk dünyasını təbrik ediblər. Səfir və diaspor nümayəndələri Niderlandda yaşayan Azərbaycan vətəndaşlarını 7 fevral 2024-cü il tarixində ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə çağırıblar.

 

 

 

 

Azərbaycanın Niderlanddakı səfirliyi və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi adından son illərdə fəallığı ilə seçilən Koordinasiya Şurasının üzvlərinə və diaspor fəallarına təşəkkürnamələr təqdim edilib.

 

 

 

 

“Yaşa Azərbaycan” mahnısı ilə başlayan konsert proqramında gənc müğənnilər İlqar Sadıqov, Vüsalə Cabir, Niderland-Azərbaycan “Odlar Yurdu” Cəmiyyətinin rəhbəri Frəngiz Bağırova və cəmiyyətin üzvü Nemətağa Əliyev çıxış ediblər. Onların ifalarında səslənən əsərlər alqışlarla qarşılanıb.

 

 

 

Konsertdən toplanan vəsaitin Azərbaycandakı şəhid və qazi ailələrinə ianə edilməsi nəzərdə tutulub.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/rotterdam-seherinde-hemreylik-gunu-biz-qalib-xalqiq-konserti-ile-qeyd-edilib-4007

 

 

 

 

zline

Recent Posts

Tacikistan ile Almanya arasında siyasi istişareler

Tacikistan ile Almanya arasında siyasi istişareler 21.11.2024 ​ Öncesi Sonraki   https://x.com/MOFA_Tajikistan/status/1859590914232008813 21 Kasım 2024’te…

3 saat ago

Political сonsultations between Tajikistan and Germany

Political сonsultations between Tajikistan and Germany.

4 saat ago

Birleşik Rusya, sambo’yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor

Birleşik Rusya, sambo'yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor.

5 saat ago

Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu’nda okul çocukları için bir sosyal yardım merkezine gezi düzenledi

Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu'nda okul çocukları için bir sosyal yardım merkezine gezi düzenledi.

9 saat ago

В ХМАО «Единая Россия» организовала для школьников экскурсию в центр социальной помощи

В ХМАО «Единая Россия» организовала для школьников экскурсию в центр социальной помощи.

11 saat ago

Ryazan bölgesinde Birleşik Rusya’nın birincil şubelerinden oluşan bölgesel bir Konsey oluşturuldu

Ryazan bölgesinde Birleşik Rusya'nın birincil şubelerinden oluşan bölgesel bir Konsey oluşturuldu.

12 saat ago