Rotterdam şəhərində Zəfər Günü qeyd edilib
, 2023
Rotterdam şəhərində Zəfər Günü qeyd edilib
Niderland Krallığının Rotterdam şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.
Benilüks Azərbaycanlıları Konqresinin (BAK) və “Qarabağ” idman klubunun qərargahında baş tutan tədbirdə soydaşlarımız və qardaş türk icmasının üzvləri iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir 44 günlük Vətən müharibəsindən bəhs edən “BİZ” filminin nümayişi ilə davam etdirilib.
Tədbir iştirakçılarını salamlayan Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını müstəqil Azərbaycan dövlətinin 3 il öncə əldə etdiyi parlaq Zəfər münasibətilə təbrik edib. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə ön cəbhədə irəliləyən şanlı Azərbaycan Ordusunun hünərindən, həmin günlərdə xalqımızın və dünya azərbaycanlılarının nümayiş etdirdiyi şücaət və birlikdən danışıb. Qarabağın xalqımıza tam qovuşmasından sonra yeni hədəfin Qərbi Azərbaycana Qayıdış Konsepsiyası olduğunu və dinc yolla doğma yurdumuza dönməyin perspektivlərini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin sədri Niyazi Əmikişizadə və başqaları Birinci və İkinci Qarabağ savaşında əsgərlərimizin göstərdiyi qəhrəmanlıq səhifələrindən, bu il 100 illiyini qeyd etdiyimiz müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi vəsiyyətinin gerçəkləşməsindən, şəhidlərimizin qanının yerdə qalmamasından və indi onların ruhlarının şad olmasından danışıb.
Bədii hissədə böyük Qələbəmizi, Vətən sevgisini tərənnüm edən şeirlər və mahnılar səsləndirilib.
Tədbirin sonunda BAK-ın fəal üzvləri mükafatlandırılıb.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/rotterdam-seherinde-zefer-gunu-qeyd-edilib-3754