Categories: BugünGÜNDEM

Şimkənddə “Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində IV Yay Düşərgəsinin açılış mərasimi keçirilib

Şimkənddə “Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində IV Yay Düşərgəsinin açılış mərasimi keçirilib

https://x.com/DiasporaAz/status/1821906392359256424

 

2024
Şimkənddə “Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində IV Yay Düşərgəsinin açılış mərasimi keçirilib

 

https://x.com/DiasporaAz/status/1821906392359256424

Qazaxıstanın Şimkənd şəhərində “Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində IV Yay Düşərgəsinin açılış mərasimi keçirilib. Mərasimdə düşərgə iştirakçıları ilə yanaşı, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov, Fondun əməkdaşı Xədicə Abdullayeva, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndəsi Aygün Ramaldanova, yerli ictimaiyyətin nümayəndələri, diaspor fəalları, “Xarıbülbül” Qarabağ Etnomədəni birliyinin əməkdaşları və üzvləri, yerli musiqiçilər iştirak edib.

Tədbiri giriş sözü ilə açan ADDF-nin icraçı direktorunun müavini Şahin Camalov layihənin yaranması və əhəmiyyəti, bu günə qədər keçirilmiş düşərgələr, iştirakçılar barədə məlumat verib, keçən il Azərbaycanda baş tutmuş III Qış düşərgəsi barədə maraqlı məlumatları diqqətə çatdırıb. O həmçinin ərazi bütövlüyümüzün bərpası zamanı şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən oğullarının bizlərə əmanət qoyduğu övladlarına dövlət qayğısından danışıb, adıçəkilən düşərgənin bunun nəticəsi olduğunu qeyd edib.

 

https://x.com/DiasporaAz/status/1821906392359256424

 

Daha sonra layihənin müəllifi “İsveçrə Azərbaycanlılarının Mədəniyyət Mərkəzi”nin rəhbəri, həmçinin düşərgənin təlimçisi Qasım Nəsirov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndəsi Aygün Ramaldanova layihə və düşərgə barədə çıxış edib, iştirakçılara öz tövsiyələrini veriblər.

“Xarıbülbül” Qarabağ Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva Azərbaycan Diasporuna Dəstək Fonduna bu cür əhəmiyyətli layihəni onun rəhbərlik etdiyi təşkilatla birlikdə keçirdiyi üçün minnətdarlığını bildirib.

 

https://x.com/DiasporaAz/status/1821906392359256424

Açılış mərasimi incəsənət ustalarının ifasında bədii hissə ilə davam edib.

Düşərgədə Qazaxıstanda fəaliyyət göstərən “Xarıbülbül” Qarabağ Etno-mədəni birliyinin “Həftəsonu Qarabağ məktəbi”ndən 10 və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zamanı müxtəlif vaxtlarda şəhid olmuş qəhrəmanlarımızın 10 övladı iştirak edir. “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azərbaycandan Yaşıl Dünya Naminə” devizi altında təşkil edilən Düşərgəni Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Qazaxıstan Respublikası “Qarabağ” Azərbaycan Etnomədəni Birliyi birgə keçirir.

Xatırladaq ki, düşərgənin 1-ci hissəsi 21-27 dekabr 2023-cü il tarixində Bakı şəhərində keçirilib.

Foto qalereya

 

https://x.com/DiasporaAz/status/1821906392359256424

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər

kaynak:https://diaspor.gov.az/az/news-detail/simkendde-qardaslasmis-qarabag-mektebleri-layihesi-cercivesinde-iv-yay-dusergesinin-acilis-merasimi-kecirilib-4993

 

 

https://x.com/DiasporaAz/status/1821906392359256424

, , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

zline

Recent Posts

İçişleri Bakanlığı’nda Devlet Bakanı ile görüşme

İçişleri Bakanlığı’nda Devlet Bakanı ile görüşme 2024..jpg 17 Eylül 2024 tarihinde Londra’ya gerçekleştirdiği çalışma ziyareti…

2 saat ago

Azərbaycan musiqisi Norveçdə səsləndirilib

Azərbaycan musiqisi Norveçdə səsləndirilib 2024 Azərbaycan musiqisi Norveçdə səsləndirilib   https://x.com/DiasporaAz/status/1835999713226596380   Norveç Televiziya və…

3 saat ago

Tajik-Iranian inter-ministerial Consultations

Tajik-Iranian inter-ministerial Consultations .2024 Previous Next https://x.com/MOFA_Tajikistan/status/1836400550289531112   On September 18, 2024 in Dushanbe, the…

5 saat ago

Tacikistan-İran Bakanlar Arası İstişareleri

Tacikistan-İran Bakanlar Arası İstişareleri 2024 Öncesi Sonraki   https://x.com/MOFA_Tajikistan/status/1836400550289531112 18 Eylül 2024 tarihinde Duşanbe’de Tacikistan…

6 saat ago

Meeting of the Ambassador with the UAE Minister of State

Meeting of the Ambassador with the UAE Minister of State .2024..jpg   https://x.com/MOFA_Tajikistan/status/1836370748962742427   On…

8 saat ago

Büyükelçinin BAE Devlet Bakanı ile görüşmesi

Büyükelçinin BAE Devlet Bakanı ile görüşmesi .2024..jpg   https://x.com/MOFA_Tajikistan/status/1836370748962742427     17 Eylül 2024 tarihinde…

10 saat ago