Categories: BugünGÜNDEM

Şotlandiya Milli Partiyasının lideri diaspor təşkilatı rəhbərinin müraciətinə cavab verib

Şotlandiya Milli Partiyasının lideri diaspor təşkilatı rəhbərinin müraciətinə cavab verib
1 oktyabr, 2022

Şotlandiya Milli Partiyasının lideri diaspor təşkilatı rəhbərinin müraciətinə cavab verib

Böyük Britaniya İcmalar Palatasının deputatı, Şotlandiya Milli Partiyasının (ŞMP) lideri Yan Bləkford (İan Blackford) “Buta” Azərbaycan-Şotlandiya Assosiasiyasının sədri Nərgiz Morrisonun müraciətinə cavab verib.

ŞMP liderinin cavab məktubunda bildirilib ki, Şotlandiyanı öz evi seçən Azərbaycan vətəndaşları və onların nəsilləri ölkə həyatının mühüm hissəsini təşkil edirlər: “Biz icmanın Şotlandiya cəmiyyətinə töhfəsini qiymətləndiririk”.

Yan Bləkford qeyd edib ki, beynəlxalq ictimaiyyət bu yaxınlarda baş vermiş gərginliyə və 2020-ci ildə baş vermiş müharibəyə görə ciddi narahatlığını bəyan edib, çünki bu hadisələr 1994-cü il atəşkəs rejimindən sonra ən ciddi zorakılıq hesab olunur.

Y.Bləkford bu mövqeyini 26 sentyabr 2022-ci il tarixində açıqlanan rəqəmlərlə əsaslandırmağa çalışıb: “Ermənistan bildirib ki, ən azı 202 əsgəri öldürülüb, Azərbaycan isə bildirib ki, bu gərginlik nəticəsində 80 əsgərini itirib”.

ŞMP lideri nəzərə çatdırıb ki, partiyası Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali komissarı Jozep Borrellin Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı çağırışlarını təkrarlayıb. J.Borrelin “Döyüşləri dayandırmaq və danışıqlar masasına qayıtmaq vacibdir. Bütün qüvvələr eskalasiyadan əvvəlki mövqelərinə qayıtmalı və atəşkəs rejiminə tam riayət edilməlidir” açıqlamasını xatırladan şotlandiyalı deputat deyib: “Biz lazımi deeskalasiyanı dəstəkləmək, Ermənistan və Azərbaycan liderləri arasında Brüsseldə dialoq prosesində növbəti addımları müzakirə etmək üçün Aİ-nin xüsusi nümayəndəsinin regiona göndərilməsini dəstəklədik”.

Britaniyalı deputat vurğulayıb ki, partiyası davamlı sülhü təmin edəcək bir həll istəyir və bu istiqamətdə Böyük Britaniya mühüm rol oynaya bilər. “Bu həllin əsasında birgə mövcud olan cəmiyyətlərin qurulması mümkün ola bilər. Biz inanırıq ki, işi bütün iştirakçı tərəflər üçün sülhə yönəltməklə, Böyük Britaniya hər iki tərəfin son atəşkəs pozuntularına kömək edə biləcək davamlı və təcili dialoqun təmin edilməsində öz rolunu oynaya bilər və oynamalıdır. Böyük Britaniya həqiqətən də zorakılığın dərhal deeskalasiyası naminə vasitəçi kimi çıxış etmək üçün NATO müttəfiqləri ilə açıq diplomatik dialoq kanalları vasitəsilə təsiretmə mövqeyinə malikdir”.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/sotlandiya-milli-partiyasinin-lideri-diaspor-teskilati-rehberinin-muracietine-cavab-verib-1588

zline

Recent Posts

Cumhurbaşkanı Ersin Tatar, Boğazköy’de düzenlenen UBP Gençlik şöleni ve pikniğine katıldı

Cumhurbaşkanı Ersin Tatar, Boğazköy’de düzenlenen UBP Gençlik şöleni ve pikniğine katıldı .2024     Cumhurbaşkanı…

15 dakika ago

Başkan Mehmet Kuş: Dört Kompleksimizin Açılışını Birlikte Yapacağız

Bülten No: 113 19 Mayıs 2024   Başkan Mehmet Kuş: Dört Kompleksimizin Açılışını Birlikte Yapacağız…

56 dakika ago

“Birleşik Rusya”, konut ve toplumsal hizmetlerin kapsamlı modernizasyonu için bir programın oluşturulması konusunda İnşaat Bakanlığına teklifler sundu

“Birleşik Rusya”, konut ve toplumsal hizmetlerin kapsamlı modernizasyonu için bir programın oluşturulması konusunda İnşaat Bakanlığına…

4 saat ago

Alexander Asafov: “Birleşik Rusya”nın elektronik ön oylaması sosyal ve politik yaşamın en önemli unsurudur

Alexander Asafov: “Birleşik Rusya”nın elektronik ön oylaması sosyal ve politik yaşamın en önemli unsurudur 2024…

4 saat ago

GENÇLER, HALİLİYE BELEDİYESİ İLE SPOR ALIŞKANLIĞI KAZANIYOR

TARİH 19.05.2024 İLETİ NO 184 KONU GENÇLER, HALİLİYE BELEDİYESİ İLE SPOR ALIŞKANLIĞI KAZANIYOR GENÇLER, HALİLİYE…

4 saat ago