Stokholmdakı “Qarabağ” Azərbaycan həftəsonu məktəbində azərbaycanlı qonaqlarla görüş olub
, 2023
Stokholmdakı “Qarabağ” Azərbaycan həftəsonu məktəbində azərbaycanlı qonaqlarla görüş olub
İsveçin paytaxtı Stokholm şəhərində fəaliyyət göstərən Azərbaycan-İsveç Mədəniyyət Birliyinin (SAF) nəzdindəki “Qarabağ” Azərbaycan həftəsonu məktəbində İsveçdə səfərdə olan “Əlil Qadınlar Cəmiyyəti”nin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Beynəlxalq Media Qurupunun, SAF-ın fəalları, “Qarabağ” məktəbinin şagirdləri və “Qarabağ” uşaq rəqs ansamblının üzvləri iştirak ediblər.
Görüş iştirakçılarını salamlayan SAF rəhbəri Sevda Dadaşova birliyin və həftəsonu məktəbinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Qaramanlı, Beynəlxalq Media Qurupunun İH-nin sədri rejissor Rahim Sadıqbəyli, tanınmış yazıçı Eluca Atalı ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edilməsi, Xankəndidə Azərbaycan bayrağının ucaldılması münasibətilə soydaşlarımızı təbrik ediblər. Gənclərə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ölkəmizin dövlət müstəqilliyinin əldə olunması, qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərindən danışılıb, dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüblər. Mədəniyyətimizin və Azərbaycan həqiqətlərinin təbliğində SAF-ın fəaliyyəti yüksək qiymətləndirilib.
Qonaqlara Eluca Atalının kitabları hədiyyə edilib.
Görüşün bədii hissəsində pianoçu Samirə Səfərovanın ifasında Azərbaycan musiqisinin səsləndirilməsi böyük coşğu ilə qarşılanıb.
Qeyd edək ki, “Əlil Qadınlar Cəmiyyəti” nümayəndə heyətinin İsveçə səfəri Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə baş tutub.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/stokholmdaki-qarabag-azerbaycan-heftesonu-mektebinde-azerbaycanli-qonaqlarla-gorus-olub-3733