Categories: BugünSİYASET

Tallinn Azərbaycan Evində Heydər Əliyevin xatirəsi yad edilib

 

 

 

Tallinn Azərbaycan Evində Heydər Əliyevin xatirəsi yad edilib
2022

Tallinn Azərbaycan Evində Heydər Əliyevin xatirəsi yad edilib

Estoniyanın paytaxtı Tallinndə yerləşən Azərbaycan Evində görkəmli dövlət xadimi, xalqımızın böyük öndəri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Azərbaycan Evinin və ölkəmizin Estoniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Estoniyanın siyasi dairələrinin, diplomatik korpusun, Azərbaycan diasporunun və KİV-in nümayəndələri iştirak ediblər.

Öncə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qonaqları salamlayan “Aydan” Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri Niyazi Hacıyev dahi şəxsiyyətin ölkəmizin və Avropanın enerji təhlükəsizliyinin təmin olunması naminə həyata keçirdiyi müdrik siyasətdən danışıb. Bildirib ki, Avropada təhlükəsizliyin, o cümlədən enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolunu qiymətləndirməmək olmaz.

Tədbirdə çıxış edən Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov xalqımızın ümummilli liderinin şərəfli ömür yolundan, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyindən danışıb. Uğurla həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində ölkəmizin nüfuzunun daha da artmasına, müstəqilliyimizin əbədi və dönməz olmasına nail olduğunu xatırladıb. Əsası Heydər Əliyev tərəfindən qoyulan siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun günü-gündən artdığı və regional liderə çevrildiyi nəzərə çatdırılıb.

Türkiyənin Estoniyadakı səfiri Başak Türkoğlu ölkəmizdə davamlı sosial-iqtisadi inkişafın və siyasi sabitliyin təmin olunmasında, Azərbaycanın mühüm regional dövlətə çevrilməsində, tarixi İpək Yolunun bərpasında Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Azərbaycan-Türkiyə münasibətlərinə ümummilli liderin xüsusi önəm verdiyini, onları “Bir millət, iki dövlət” kimi səciyyələndirdiyini xatırladıb.

Sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbir Estoniyada tanınmış musiqiçilər Nəriman Əmiraslanov və Mari-Lis Uibonin ifasında lirik musiqi parçalarının ifa edilməsi ilə davam edib.

Tədbir çərçivəsində Heydər Əliyevin keçdiyi ömür yolunu əks etdirən foto və kitab sərgisi təşkil edilib.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/tallinn-azerbaycan-evinde-heyder-eliyevin-xatiresi-yad-edilib-2082

 

 

zline

Recent Posts

“Night of Ustod Sadriddin Ayni” in Tehran

“Night of Ustod Sadriddin Ayni” in Tehran .2024 Previous Next   "Night of Ustod Sadriddin…

1 saat ago

Belçika Göçmenlik Dairesi Genel Müdürü ile görüşme

Belçika Göçmenlik Dairesi Genel Müdürü ile görüşme .2024..jpg   https://x.com/MOFA_Tajikistan/status/1805081251004481990     Dışişleri Bakan Birinci…

2 saat ago

Birleşik Rusya, kamu destek merkezinde ailelerin finansal okuryazarlığı konusunda bir eğitim projesi başlattı

Birleşik Rusya, kamu destek merkezinde ailelerin finansal okuryazarlığı konusunda bir eğitim projesi başlattı 2024, Uzmanlar…

4 saat ago

Meeting with the Director General of the Belgian Immigration Service

Meeting with the Director General of the Belgian Immigration Service .2024..jpg   https://x.com/MOFA_Tajikistan/status/1805081251004481990   On…

5 saat ago

BİRYEG BAŞKANI BURHAN KAYA BAŞKANLIĞINDA BİRECİK SARIMSAĞI COĞRAFI İŞARET TESCİL TOPLANTISI YAPILDI

BİRYEG BAŞKANI BURHAN KAYA BAŞKANLIĞINDA BİRECİK SARIMSAĞI COĞRAFI İŞARET TESCİL TOPLANTISI YAPILDI 13.11.2023 yılında GAP…

6 saat ago

Birleşik Rusya, Volgograd bölgesi valisi seçimi için Andrei Bocharov’u aday gösterdi

Birleşik Rusya, Volgograd bölgesi valisi seçimi için Andrei Bocharov’u aday gösterdi 2024 Mevcut bölge başkanının…

7 saat ago