Categories: BugünGÜNDEM

Tanınmış soydaşımız alman mediasını Qarabağla bağlı dezinformasiya yaymamağa çağırıb

 

 

 

Tanınmış soydaşımız alman mediasını Qarabağla bağlı dezinformasiya yaymamağa çağırıb

2022
Tanınmış soydaşımız alman mediasını Qarabağla bağlı dezinformasiya yaymamağa çağırıb

Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev bu ölkənin tanınmış ARD telekanalının “Tagesschau” xəbərlər redaksiyasına açıq məktubla müraciət edib.

Redaktorlara ünvanlanan məktubda 16 dekabr tarixində yayımlanan “Laçın dəhlizində yeni gərginlik” sərlövhəli məqalədə buraxılmış ciddi siyasi və önəmli tarixi səhvlərə diqqət cəlb edilib.

Nəzərə çatdırılıb ki, Dağlıq Qarabağdan danışarkən və ya yazarkən “mübahisəli ərazi” terminindən istifadə etmək olmaz, çünki söhbət Azərbaycan dövlətinin əzəli torpağı və ayrılmaz hissəsi olan Dağlıq Qarabağdan gedir. Ermənistanın beynəlxalq hüquq normalarına zidd olaraq 1990-cı illərdə Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu zor gücünə işğal etdiyi, 1 milyona yaxın etnik azərbaycanlını öz doğma yurdlarından qovduğu, Birinci və İkinci Qarabağ müharibələrinin məhz Azərbaycan ərazilərində baş verdiyi, istər işğal, istərsə də müharibə illərində Ermənistanın təkcə xalqımızın yaşam hüququnu əlindən almadığı, həm də torpaqlarımıza, flora və faunamıza qarşı xüsusi amansızlıqla ekoloji terror siyasəti həyata keçirdiyi bir daha yada salınıb.

Bu yaxınlarda Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçi qrupunun Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasındakı “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qeyri-qanuni istismarını monitorinq etmək cəhdinin qarşısının zorla alındığı vurğulanıb.

Cəmiyyətin sədri alman jurnalistlərini peşə prinsiplərinə uyğun olaraq tərəfsiz və balanslı xəbərlər yaymağa dəvət edib. Ehtiyac duyulduğu halda, bu məsələ ilə bağlı redaksiyanın ciddi ekspertlərlə əlaqə yaratmasında köməklik göstərə biləcəyini vurğulayıb.

Məktuba rus bolşeviklərinin Qafqaz Bürosunun Dağlıq Qarabağ və ətrafında yerləşən rayonlarla bağlı 1921-ci il 5 iyul tarixli iclasının protokolunun surəti də əlavə olunub. Həmin protokolda Dağlıq Qarabağın Azərbaycana aid olduğu yazılıb.

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/taninmis-soydasimiz-alman-mediasini-qarabagla-bagli-dezinformasiya-yaymamaga-cagirib-2094

 

 

zline

Recent Posts

Olga Zanko: Ülkenin 2025 bütçe taslağı, STK’ları desteklemek için 419 milyar ruble ayırmayı planlıyor

Olga Zanko: Ülkenin 2025 bütçe taslağı, STK'ları desteklemek için 419 milyar ruble ayırmayı planlıyor.

7 dakika ago

Ольга Занко: В проекте бюджета страны на 2025 год на поддержку НКО планируется направить 419 миллиардов рублей

Ольга Занко: В проекте бюджета страны на 2025 год на поддержку НКО планируется направить 419…

2 saat ago

EYLÜL YÜCEL’DEN YENİ SİNGLE ”YAŞATTIĞINI YAŞA”

EYLÜL YÜCEL'DEN YENİ SİNGLE ''YAŞATTIĞINI YAŞA'' Yıllardır sahnelerin sevilen ismi güzel sanatçı Eylül YÜCEL, yeni…

3 saat ago

Birleşik Rusya bütçenin ikinci okumasında değişiklikler yaptı

Birleşik Rusya bütçenin ikinci okumasında değişiklikler yaptı.

3 saat ago

AK PARTİ BİRECİK İLÇE BAŞKAN ADAY ADAYI SELAMİ İNCEDAL `DAN AK PARTİ ŞANLIURFA İL BAŞKANI MEHMET İLHAMİ GÜNBEĞİ`YE ZİYARET

AK PARTİ BİRECİK İLÇE BAŞKAN ADAY ADAYI SELAMİ İNCEDAL `DAN AK PARTİ ŞANLIURFA İL BAŞKANI…

5 saat ago

İŞ İNSANI SELAMİ İNCEDAL AK PARTİ BİRECİK İLÇE BAŞKAN ADAY ADAYI OLDU

İŞ İNSANI SELAMİ İNCEDAL AK PARTİ BİRECİK İLÇE BAŞKAN ADAY ADAYI OLDU.

7 saat ago