Categories: BugünKÜLTÜR SANAT

Tbilisidə keçirilən beynəlxalq moda nümayişində azərbaycanlı dizaynerin “Çinar” kolleksiyası təqdim olunub

 

 

 

Tbilisidə keçirilən beynəlxalq moda nümayişində azərbaycanlı dizaynerin “Çinar” kolleksiyası təqdim olunub

2023
Tbilisidə keçirilən beynəlxalq moda nümayişində azərbaycanlı dizaynerin “Çinar” kolleksiyası təqdim olunub

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Badri Patarkatsişvilinin məşhur Mərasimlər Sarayında genişmiqyaslı “Metrica Fashion Show” beynəlxalq moda nümayişində ulu öndər Heydər Əliyevə həsr olunmuş “Çinar” kolleksiyası təqdim olunub.

Azərbaycan Diasporuna Dəstək Fondunun (Fond) maliyyə dəstəyi, Alyans Gənclər Mərkəzinin (AGM) təşkilatçılığı ilə ərsəyə gələn kolleksiya üçün Azərbaycan milli ornamentlərini müasir qadın geyimlərində istifadə edən azərbaycanlı dizayner Laura Qasımova 20 geyim hazırlayıb. Azərbaycanın milli musiqi sədaları altında xarici modellərin yer aldığı nümayişdə ümumilikdə 15 ölkədən dizaynerlər, 40-dan çox brend təmsil olunub.

İki gün davam edən əsrarəngiz şouda dizaynerlərlərlə yanaşı, bloggerlər, moda jurnalları və televiziya redaktorları, siyasətçilər, iş adamları, məşhur musiqiçilər, Avropa, Asiya, Gürcüstandan olan rəssamlar və fotoqraflar bir platformada toplaşıb.

Tədbirdə geyimlərin, aksesuarların, zərgərlik brendlərinin, eləcə də rəssamların rəsm əsərlərinin sərgisi və satışı keçirilib.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov tədbirin əhəmiyyətindən danışaraq, Azərbaycanın tanıdılması, mədəniyyətimizin beynəlxalq arenada layiqincə təmsil olunduğu mühüm tədbirlərin maliyyələşdirilməsinin Fond üçün prioritet olduğunu qeyd edib. O, yüzlərlə modelyer və dizaynerin, moda jurnalının iştirak etdiyi moda şouda təmsilçimizin ən çox diqqət görən kolleksiyalardan biri olduğunu vurğulayıb.

 

 

 

AGM-nin sədri Leyla Əmrahova qeyd edib ki, kolleksiya bir aya hazırlanıb. Geyimlər əl işləri ilə zəngindir. Həmçinin buta və gerb təsviri olan geyimlər böyük marağa səbəb olmaqla yanaşı, milli mədəniyyətimizin təbliği istiqamətində mühüm addım olub.

“Laura Layn” markasının yaradıcısı dizayner Laura Qasımova isə bir çox xarici ölkələrdən iş təklifləri aldığını qeyd edib, Azərbaycanın xaricdə layiqli təmsil olunması üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

Kaynak:https://diaspor.gov.az/az/news-detail/tbiliside-kecirilen-beynelxalq-moda-numayisinde-azerbaycanli-dizaynerin-cinar-kolleksiyasi-teqdim-olunub-2998

 

 

zline

Recent Posts

Nizhny Novgorod üniversitesinde “Yeni Okul” parti projesi kapsamında terörle mücadele güvenliği konusunda bir seminer düzenlendi

Nizhny Novgorod üniversitesinde “Yeni Okul” parti projesi kapsamında terörle mücadele güvenliği konusunda bir seminer düzenlendi…

10 dakika ago

Sverdlovsk bölgesinde, Birleşik Rusya aktivistleri kuru duş yapma konusunda ustalık sınıfı düzenlediler

Sverdlovsk bölgesinde, Birleşik Rusya aktivistleri kuru duş yapma konusunda ustalık sınıfı düzenlediler 2024 Etkinlik, gençlik…

2 saat ago

Birleşik Rusya Kadın Hareketi’nin desteğiyle Ufa’da “Kadın Mutluluğu Bölgesi” Açık Akademi forumu düzenlendi

Birleşik Rusya Kadın Hareketi’nin desteğiyle Ufa’da “Kadın Mutluluğu Bölgesi” Açık Akademi forumu düzenlendi 2024 Bunun…

3 saat ago

“Birleşik Rusya”, “Kadın Siyaset Okulu”nun yeni sezonunu başlattı

“Birleşik Rusya”, “Kadın Siyaset Okulu”nun yeni sezonunu başlattı 2024 Çevrimiçi eğitim oturumunun ilk aşamasına binden…

4 saat ago

Heydər Əliyev adına Dünya Boks Komitəsi Xarici Cəmiyyət və Təşkilatlar Birliyinə üzv seçilib

Heydər Əliyev adına Dünya Boks Komitəsi Xarici Cəmiyyət və Təşkilatlar Birliyinə üzv seçilib 2024 Heydər…

6 saat ago

Ilya Massukh: Birleşik Rusya diğer partileri ön oylamayı kullanmaya motive ediyor

Ilya Massukh: Birleşik Rusya diğer partileri ön oylamayı kullanmaya motive ediyor 2024 Seçmenlerle doğrudan iletişim…

7 saat ago