Categories: BugünDÜNYA

Texasda yaşayan tanınmış musiqiçi Dövlət Komitəsində olub

Texasda yaşayan tanınmış musiqiçi Dövlət Komitəsində olub

2024

Texasda yaşayan tanınmış musiqiçi Dövlət Komitəsində olub

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və sədri, tanınmış orqan ifaçısı, Texas Universitetinin professoru Cəmilə Cavadova-Spitsberqlə görüşüb.

 

 

 

 

Qonağı səmimi salamlayan sədr Azərbaycan musiqisinin təbliği istiqamətində Komitənin həyata keçirdiyi layihələr barədə məlumat verib.

Görüşdə Azərbaycanın ABŞ-dəki diaspor fəaliyyəti, keçirilən tədbirlər, gələcəkdə mədəni sahədə görüləcək işlər və mədəni irsimizin təbliğinin genişləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Cəmilə Cavadova-Spitsberq rəhbərlik etdiyi Azərbaycan-Amerika Musiqi Fondunun təşəbbüsü və Komitənin dəstəyi ilə həyata keçirilən “Musiqi körpüsü” (ABŞ-Azərbaycan) layihəsi çərçivəsində əslən azərbaycanlı, tanınmış dirijor Fərhad Xudiyevin Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə baş tutan konsertinin möhtəşəm keçdiyini vurğulayıb. O, Azərbaycan-Amerika Musiqi Fondunun həyata keçirdiyi layihələrə Komitə tərəfindən dəstək göstərildiyi üçün təşəkkürlərini bildirib.

Qeyd edək ki, Cəmilə Cavadova-Spitsberq 2017-ci ildə yaradılan “Azərbaycan Amerika Musiqi Fondu”nun təsisçilərindən biridir. Fond Azərbaycanda Amerika və eləcə də Amerikada Azərbaycan klassik musiqisinin tərənnüm, tədris olunmasında tərəfdaşlıq proqramları hazırlayır, eləcə də konsertlər, konfranslar, ustad dərsləri, nəşrlər və müsabiqələr təşkil edir. 2020-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Musiqili Körpü” və digər layihələr həyata keçirib. 2023-cü il oktyabrında Texas ştatının Kerrolton şəhərində “Texaslılar minasız dünya üçün: Azərbaycan” layihəsi əsasında keçirilən tədbirin təşkilatçısı olub. Cəmilə Cavadova-Spitsberq 2022-ci il aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/texasda-yasayan-taninmis-musiqici-dovlet-komitesinde-olub-4558

 

 

zline

Recent Posts

Meeting of the Minister of Foreign Affairs of Tajikistan with the Ambassador of Japan

Meeting of the Minister of Foreign Affairs of Tajikistan with the Ambassador of Japan .2024…jpg…

7 dakika ago

Tacikistan Dışişleri Bakanı’nın Japonya Büyükelçisi ile görüşmesi

Tacikistan Dışişleri Bakanı’nın Japonya Büyükelçisi ile görüşmesi .2024…jpg   Meeting of the Minister of Foreign…

1 saat ago

Helsinkidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Helsinkidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib , 2024 Helsinkidə Ümummilli…

4 saat ago

Cumhurbaşkanı Ersin Tatar, Larnaka’da 1964 yılında öldürülen 11 şehit anısına yapılan Kayıp Otobüs Anıtının açılışına katıldı

Cumhurbaşkanı Ersin Tatar, Larnaka’da 1964 yılında öldürülen 11 şehit anısına yapılan Kayıp Otobüs Anıtının açılışına…

5 saat ago

Meeting with the Ambassador of the Republic of Estonia

Meeting with the Ambassador of the Republic of Estonia .2024..jpg     Meeting with the…

6 saat ago

Estonya Cumhuriyeti Büyükelçisi ile görüşme

Estonya Cumhuriyeti Büyükelçisi ile görüşme   .2024..jpg   Meeting with the Ambassador of the Republic…

7 saat ago