Categories: BugünGÜNDEM

“The HALO Trust” və “Mines Action Canada” Britaniyadakı icmamızın mina təhlükəsi ilə bağlı narahatlığını bölüşüb

 

 

 

 

“The HALO Trust” və “Mines Action Canada” Britaniyadakı icmamızın mina təhlükəsi ilə bağlı narahatlığını bölüşüb

, 2023

 

 

 

“The HALO Trust” və “Mines Action Canada” Britaniyadakı icmamızın mina təhlükəsi ilə bağlı narahatlığını bölüşüb

 

 

 

 

Britaniyanın “The HALO Trust” qeyri-kommersiya təşkilatı və Kanadanın “Mines Action Canada” (MAC) aparıcı şirkəti Britaniya Azərbaycanlıları Koordinasiyası Şurasının ölkəmizin azad olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış mina təhlükəsi barədə müraciətinə cavab verib.

 

 

 

 

“The Halo Trust” təşkilatının baş direktoru, ehtiyatda olan general-mayor Ceyms Kauenin və MAC-ın icraçı direktoru Erin Hantın adından Britaniya Azərbaycanlıları Koordinasiyası Şurasının idarə heyətinin üzvlərinə ünvanlanmış məktublarda icmamızın 15 iyul 2023-cü il tarixli məktubuna görə minnətdarlıq bildirlib.

 

 

 

 

“Siz minaların humanitar fəsadları ilə bağlı narahatlığınızı bildirirsiniz. Humanitar təşkilat kimi HALO imkan yarandıqca hər yerdə və hər zaman yerüstü minaların və digər partlayıcı qurğuların və sursatların təmizlənməsi ilə məşğul olur. Biz minalardan zərərçəkmiş bütün icmalar üçün daha təhlükəsiz və firavanlıq arzunuzu bölüşürük. Şübhəsiz ki, “HALO Trust” hakimiyyət orqanları arasında, o cümlədən BMT vasitəsilə regionda partlayıcı çirklənmənin xarakteri və yeri haqqında məlumat mübadiləsinə yardım edəcək. Mənimlə əlaqə saxladığınız üçün sizə minnətdaram”, – deyə baş direktor bildirib.

 

 

 

 

Azərbaycanda mina təhlükəsi ilə bağlı mövcud durum barədə məlumat verdiyi və bu məsələ ilə bağlı fikrini bölüşdüyü üçün Britaniya Azərbaycanlıları Koordinasiya Şurasına təşəkkürünü bildirən Erin Hant qeyd edib ki, Kanada hökumətinin dəstəyi ilə MAC artıq bir neçə ildir Cənubi Qafqazda minaların təmizlənməsi prosesini müdafiə edir.

Bu müdafiənin 2021-ci ildə uğurlu olduğunu vurğulayan icraçı direktor bildirib ki, tezliklə bu fəaliyyətin yenidən uğurlu olacağına ümid edir. O, əlavə edib ki, şirkətləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) çalışan azərbaycanlı həmkarları ilə sıx işləyir.

 

 

 

 

Erin Hant nəzərə çatdırıb ki, bu ilin may ayında MAC adından Bakıya səfər edib və II Beynəlxalq humanitar mina fəaliyyəti konfransına qatılıb. Bu konfransın Bakı və Ağdamda keçirildiyini vurğulayan kanadalı mütəxəssis yazıb ki, mina təhlükəsinin Azərbaycanda icmaların həyatına təsirini görüb və bununla bağlı öyrəndiklərini Kanada hökumətinin və parlamentinin rəsmiləri ilə bölüşüb.

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/the-halo-trust-ve-mines-action-canada-britaniyadaki-icmamizin-mina-tehlukesi-ile-bagli-narahatligini-bolusub-3277

 

 

zline

Recent Posts

Bakan Yardımcısının İslam İşbirliği Teşkilatı Genel Sekreteri ile görüşmesi

Bakan Yardımcısının İslam İşbirliği Teşkilatı Genel Sekreteri ile görüşmesi.

11 saat ago

Tacikistan ile Almanya arasında siyasi istişareler

Tacikistan ile Almanya arasında siyasi istişareler 21.11.2024 ​ Öncesi Sonraki   https://x.com/MOFA_Tajikistan/status/1859590914232008813 21 Kasım 2024’te…

16 saat ago

Political сonsultations between Tajikistan and Germany

Political сonsultations between Tajikistan and Germany.

17 saat ago

Birleşik Rusya, sambo’yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor

Birleşik Rusya, sambo'yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor.

19 saat ago

Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu’nda okul çocukları için bir sosyal yardım merkezine gezi düzenledi

Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu'nda okul çocukları için bir sosyal yardım merkezine gezi düzenledi.

23 saat ago

В ХМАО «Единая Россия» организовала для школьников экскурсию в центр социальной помощи

В ХМАО «Единая Россия» организовала для школьников экскурсию в центр социальной помощи.

1 gün ago