Toronto Azərbaycan Evində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir olub
, 2023
Toronto Azərbaycan Evində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir olub
Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan Evində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.
Tədbir ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycan Evinin rəhbəri Lalin Həsənova və başqaları Anım Gününün tarixi əhəmiyyətindən bəhs ediblər. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun böyük Zəfərə yolunun həmin gündən başladığını vurğulayıblar. Qəlbləri tarixi vətənləri ilə döyünən xaricdəki soydaşlarımızın dünyanın müxtəlif ölkələrində Anım Gününü keçirdikləri, şəhidlərimizin qəhrəmanlığının və Vətən qarşısında misilsiz xidmətlərinin heç bir zaman unudulmayacağı bildirilib.
Sonra Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən Azərbaycan həftəsonu məktəbinin şagirdləri Məryəm Həsənli və Gülay Cəfərlinin ifasında Azərbaycana həsr olunmuş şeirlər səsləndirilib.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/toronto-azerbaycan-evinde-27-sentyabr-anim-gunu-ile-bagli-tedbir-olub-3631