Categories: BugünKÜLTÜR SANAT

Toronto şəhərində Azərbaycanın Zəfər və Bayraq günləri təntənə ilə qeyd edilib

 

 

 

 

Toronto şəhərində Azərbaycanın Zəfər və Bayraq günləri təntənə ilə qeyd edilib

, 2023

Toronto şəhərində Azərbaycanın Zəfər və Bayraq günləri təntənə ilə qeyd edilib

 

 

 

Kanadanın Toronto şəhərində yerləşən “Markham Konqres Mərkəzi”ndə (“Markham Convention Centre”) Azərbaycanın Zəfər və Bayraq günlərinə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət qurumlarının rəsmi şəxsləri, parlament üzvləri, diplomatik korpusun təmsilçiləri, Azərbaycan icmasının və müxtəlif icmaların nümayəndələri iştirak ediblər. Qonaqlar arasında Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vasif Abutalıbov, Türkiyə Cümhuriyyətinin Torontodakı Baş konsulu Can Yoldaş, Ruminiyanın Torontodakı Baş konsulu Oana Raluka Gerge, Ontario əyalət parlamentinin üzvü, Ontario əyaləti üzrə Mental sağlamlıq və asılılıqlar naziri Maykl Tibollo, 8-ci palata müşaviri İsa Li, 6-cı palata müşaviri Amanda Yunq Kolleççi olub.

 

 

 

Azərbaycan və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova açıb. Soydaşlarımızı bu əlamətdar tarixi günlər münasibətilə təbrik edən mərkəz rəhbəri bildirib ki, Azərbaycan həqiqətlərinin, xalqımızın haqq səsinin Kanadada eşidilməsi üçün soydaşlarımız yerli ictimaiyyət və müxtəlif icmalarla birgə səmərəli fəaliyyət göstərir.

 

 

 

Tədbirdə çıxış edən nazir Maykl Tibollo Azərbaycanın Dövlət Bayrağı Gününün əhəmiyyətindən bəhs edib və icmamızı bu münasibətilə təbrik edib. Nazir Maykl Tibollonun və Markham şəhərinin meri Frank Skarpitti adından Bayraq Günü ilə bağlı təbrik bəyannamələri “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinə təqdim edilib.

 

 

 

Tədbir musiqi gecəsi ilə davam edib. Kanadada yaşayan sənətçilər – Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü Həsən Enaminin (tenor), Əliheydər Mirzəbəyovun rəhbərlik etdiyi “Vətən” Azərbaycan instumental ansamblının, “Təbriz” Azərbaycan mahnı və rəqs ansamblının solistləri Şervin Şadpur və Polad Kaşefin ifalarında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdlərinin təqdim etdikləri “Qaval”, “Sarı Gəlin”, “Zəfər” rəqsləri və “Qarabağ” mahnısı xüsusi maraq doğurub.

 

 

 

Qeyd edək ki, məktəb şagirdlərinə milli rəqsləri Bakı Xoreoqrafiya Məktəbinin məzunu, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Orxan İslamov qısa müddət ərzində öyrədib.

Konsert proqramı qonaqların gur alqışları ilə qarşılanıb.

Tədbir çərçivəsində Azərbaycanın zəngin mədəni irsini əks etdirən sərgi təşkil edilib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/toronto-seherinde-azerbaycanin-zefer-ve-bayraq-gunleri-tentene-ile-qeyd-edilib-3811

 

 

 

zline

Recent Posts

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Şuşa bizim əyilməz qürurumuzun rəmzidir” – Tarixi gün, ÖZEL

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Şuşa bizim əyilməz qürurumuzun rəmzidir” – Tarixi gün, ÖZEL  …

2 saat ago

“Youth for the Sake of the Green World” 5th summer Camp of Diaspora Youth

“Youth for the Sake of the Green World” 5th summer Camp of Diaspora Youth 2024…

3 saat ago

“Birleşik Rusya” ve “Zafer Gönüllüleri” 21 binden fazla ön cephe askerini, ablukadan sağ kurtulanları ve iç cephe çalışanlarını tebrik etti

“Birleşik Rusya” ve “Zafer Gönüllüleri” 21 binden fazla ön cephe askerini, ablukadan sağ kurtulanları ve…

5 saat ago

Президент Касым-Жомарт Токаев принял секретарей советов безопасности стран Центральной Азии

События Акорда Президент Касым-Жомарт Токаев принял секретарей советов безопасности стран Центральной Азии 16 мая 2024…

6 saat ago

“Birleşik Rusya, Habarovsk Bölgesi Nekrasovka köyündeki bir okula Kahraman Masası kurdu

“Birleşik Rusya, Habarovsk Bölgesi Nekrasovka köyündeki bir okula Kahraman Masası kurdu 2024 Anıt eğitim yeri,…

7 saat ago

Будет проведен V Летний лагерь диаспорской молодежи “Молодежь за зеленый мир”

Будет проведен V Летний лагерь диаспорской молодежи “Молодежь за зеленый мир” , 2024   Будет…

9 saat ago