Categories: BugünGÜNDEM

Toronto Universitetinin kitabxanasına Azərbaycan haqqında kitablar təqdim edilib

 

 

 

Toronto Universitetinin kitabxanasına Azərbaycan haqqında kitablar təqdim edilib
, 2023
Toronto Universitetinin kitabxanasına Azərbaycan haqqında kitablar təqdim edilib

Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) Kanadanın ən nüfuzlu universitetlərindən biri olan Toronto Universitetinin kitabxanasına Azərbaycan həqiqətlərini və mədəniyyətini əks etdirən 20 kitab hədiyyə edib.

Kitabxana rəhbərliyi ilə görüşü zamanı DİDK-nın şöbə müdiri Səlhət Abbasova bildirib ki, ölkələrimiz arasındakı uzaq məsafə Kanadadakı kitabxanaların Azərbaycan haqqında müvafiq kitablar və digər materiallarla təmin edilməsində müəyyən çətinlik yaradır. DİDK-nın bu təşəbbüsü isə kitabxanada Azərbaycan bölməsinin formalaşdırılmasına yardım edə bilər, çünki təqdim edilmiş kitablar kitabxananın fondunun zənginləşdirilməsində böyük rol oynayacaq. Bu layihənin davamlı şəkildə həyata keçiriləcəyi vurğulanıb.

Qeyd edək ki, kitabxanaya təqdim edilən nəşrlər arasında “Azərbaycan: 100 sual”, “Azərbaycan musiqisinin inciləri”, “Zəfər Salnaməsi”, “Qarabağ. İşğaldan əvvəl və sonra”, “Qarabağ XIII əsrdən 1920-yə qədər”, “Azərbaycan dili”, eləcə də Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini və milli mətbəxini əks etdirən digər kitablar yer alıb.

Sonra Toronto Universitetinin əsas humanitar və sosial elmlər kitabxanası hesab edilən Robarts kitabxanası ziyarət edilib. Bu kitabxanaya da Azərbaycana dair kitabların təqdim edilməsinə ehtiyac olduğu vurğulanıb.

Görüşdə Toronto Universiteti kitabxanasının əməkdaşı Dr. Lalə Cavanşir və “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova da iştirak ediblər.

Lalə Cavanşir bildirib ki, bu təşəbbüs tələbələrin və professorların Azərbaycana dair tədqiqat aparmasında mühüm rol oynayacaq və ölkəmiz haqqında yeni araşdırmaların meydana çıxmasına öz töhfəsini verəcək.

Lalə Cavanşirlə aparılan fikir mübadiləsi əsnasında gələcəkdə Toronto universitetlərində Azərbaycan dili kurslarının açılması, Azərbaycan dilinin təbliği, həmçinin kitabxanaların zənginləşdirilməsi istiqamətində Azərbaycan icmasının fəaliyyət istiqamətləri kimi məsələlər müzakirə edilib.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/toronto-universitetinin-kitabxanasina-azerbaycan-haqqinda-kitablar-teqdim-edilib-2578

 

 

zline

Recent Posts

Andrey Isaev: “Birleşik Rusya ile Kariyerim” parti projesi etkinliklerine 2 milyondan fazla kişi katıldı

Andrey Isaev: “Birleşik Rusya ile Kariyerim” parti projesi etkinliklerine 2 milyondan fazla kişi katıldı 2024…

24 dakika ago

Birleşik Rusya, Lipetsk bölgesi valisi seçimi için Igor Artamonov’u aday gösterdi

Birleşik Rusya, Lipetsk bölgesi valisi seçimi için Igor Artamonov’u aday gösterdi 2024 Bölgesel parti konferansına…

9 saat ago

Мемлекет басшысы БАҚ өкілдерін марапаттады

Жаңалықтар Ақорда Мемлекет басшысы БАҚ өкілдерін марапаттады 2024 жылғы     https://x.com/aqorda_press/status/1806269443003011368   28 маусым…

10 saat ago

Devlet başkanı medya temsilcilerini ödüllendirdi

Olaylar Akorda Devlet başkanı medya temsilcilerini ödüllendirdi 2024     https://x.com/aqorda_press/status/1806269443003011368     28 Haziran…

12 saat ago

Глава Кабардино-Балкарской Республики Казбек Коков возглавил список «Единой России» на выборах в республиканский парламент

Глава Кабардино-Балкарской Республики Казбек Коков возглавил список «Единой России» на выборах в республиканский парламент 2024,…

13 saat ago

AK PARTİ MARDİN İL BAŞKANLIĞI’NA SÜPRİZ ADAY H.VEYSİ TALAYHAN

AK PARTİ MARDİN İL BAŞKANLIĞI'NA SÜPRİZ ADAY H.VEYSİ TALAYHAN AK Parti Mardin İl Başkanı A.…

16 saat ago